Çerşenbe axşamı, 03.12.2024, 22:33
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 3
    Qonaq: 3
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 9 » “ŞƏHİDLƏR” CAMİSİNİ BAĞLAMAQ İSTƏYİRLƏR
    13:50
    “ŞƏHİDLƏR” CAMİSİNİ BAĞLAMAQ İSTƏYİRLƏR
     
     
     
     
     
    Şəhidlər Xiyabanında yerləşən məscidin fəaliyyətini dayandırmaq planı var. Bu barədə redaksiyamıza məlumat verən mənbə bildirdi ki, “Şəhidlər” məscidi kimi tanınan Allah evinin qapadılmasının arxasında iqtisadi maraqlar durur. Əslində oliqarxlar həmin məscidi qapatmaq barədə çoxdan düşünüblər. Sadəcə, Əbu-Bəkr məscidində baş verən partlayışdan sonra Şəhidlər Xiyabanındakı məscidin fəaliyyətini dayandırmaq üçün əllərinə bəhanə düşüb.
    Məlumatlı mənbənin sözlərinə görə, “Şəhidlər” məscidinin qapadılmasında maraqlı olan qüvvə bu ətrafda yerləşən “Moskva” mehmanxanasının yerində müasir tipli hotel inşa edən şəxslərdir. Nədənsə, Azərbaycanda hotel və mənzil biznesi ilə məşğul olan oliqarxlarda belə təəssürat var ki, onların əsas müştəriləri olan əcnəbilərin azan səsindən xoşları gəlmir. Bu səbəbdən də hotel sahibləri obyektlərinin ətrafında məscidlərin fəaliyyət göstərməsinin qarşısını almaq istəyirlər. Düzdür, Azərbaycanda zaman-zaman məscidlərin fəaliyyətinə əngəl yaratmaq istəyənlər çox ciddi təpki ilə üzləşdiklərindən niyyətlərinə nail ola bilmirlər. Amma Əbu-Bəkrdə baş hadisə bəzilərinə bu şansı yaradıb.
    “Moskva” mehmanxanasını yenidən quranların “Şəhidlər” məscidini qapada biləcəklərinə dair əminlikləri buradan qaynaqlanır ki, bura hansısa qeydiyyatdan keçmiş dini icmaya məxsus deyil. Bu məscid şəhərdə nadir yerlərdəndir ki, orada həm sünnülər, həm də şiələr birgə ibadətlə məşğul olurlar. Daxili işlər nazirinin müavini Oruc Zalov isə bu yaxınlarda verdiyi açıqlamasında bildirmişdi ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməyən icmaların fəaliyyətinə imkan verilməyəcək. “Şəhidlər” məscidi də konkret hansısa icmaya məxsus olmadığından onun fəaliyyətini bu bəhanə ilə əngəlləməyə çalışacaqlar.
    Qaynağın deməsinə görə, məscidin qapısı qəfildən bağlanmayacaq. Belə ki, artıq oranı ciddi polis nəzarətinə götürüblər; məscidə ibadət etməyə gələnlər incidilir, onların sayının azaldılması istiqamətində iş başladılıb. Artıq “Şəhidlər” məscidinə məhdud sayda insanları buraxırlar, onun həyətində namaz qılmağa isə qadağa qoyublar. Beləliklə, orada ibadət edənlərin sayını minimuma endirib, sonra isə az qala muzey səviyyəsində fəaliyyət göstərməsinə və nəhayətdə, hündürdən azan səsləndirilməməsinə nail olacaqlar.
    Mənbə bildirir ki, məsələ yalnız azanla da bağlı deyil. Hər gün və xüsusilə də cümə günləri “Şəhidlər” məscidinə minlərlə dindar ibadətə gəlir. Namazdan sonra isə orada ciddi qələbəlik yaşanır. “Moskva”nın ön panoramasının açıldığı bir istiqamətdə belə bir görüntünü arzulamırlar. “Hotelin tikintisi bitənə kimi azan və çoxsaylı dindarlar oradan yığışdırılacaq...”
    Azərbaycanda iş quran oliqarxlarda “əcnəbilər azan səsindən xoşlanmırlar” düşüncəsinin formalaşması təəssüf doğurmaqla yanaşı, həm də təəccüblüdür. Söhbət ondan gedir ki, qonşu Türkiyədə ən məşhur hotellərin demək olar ki, hamısının ətrafında məscidlər fəaliyyət göstərir. Türkiyədə olan insanların deməsinə görə, əcnəbilər nəinki azan səsindən narahat olurlar, əksinə, azanı böyük heyranlıqla dinləyirlər.
    Sonda onu da qeyd edək ki, “Moskva” mehmanxanasının Azərbaycan əsilli Rusiya biznesmeni tərəfindən yenidən qurulduğuna dair informasiyalar var. Bu məqamda bildirməliyik ki, yazıdakı informasiya və iddialarla bağlı kimə müraciət etməyi müəyyənləşdirə bilmədiyimiz üçün məqalə birtərəfli hazırlandı.


    Yeni Müsavat
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1199 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər