Bazar, 22.12.2024, 12:24
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 10 » “Şəhidlər” məscidi bağlanmayacaq
    19:30
    “Şəhidlər” məscidi bağlanmayacaq

     
     
     
     
     
    Indi də “Şəhidlər” məscidinin bağlanacağı ilə bağlı məlumatlar yayılır. “Yeni Müsavat” qəzetinin yazdığına görə, buna səbəb məscidin yaxınlığınla yerləşən “Moskva” mehmanxanasının yerində müasir tipli hotelin tikilməsidir. Belə ki, hotelin rəhbərliyi azan səsinin və məscidə toplaşan çoxsaylı dindarların əcnəbi müştəriləri rahatsız edəcəyindən narahat olaraq belə bir addımı planlaşdırır. Məlumatda o da qeyd olunur ki, artıq məscid polis nəzarətinə götürülüb, ora gələn dindarlar əsassız olaraq incidilir və onların məscidin həyətində namaz qılmalarına icazə verilmir. Məqsəd isə bu yolla sözügedən məsciddə ibadət edənlərin sayını minimuma endirməkdir.

    Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz Ismayılov bildirdi ki, “Şəhidlər” məscidinin bağlanması ilə bağlı deyilənlər həqiqətə uyğun deyil. Və bu məsələ ümumiyyətlə müzakirə mövzusu ola bilməz. Lakin şöbə müdiri qeyd etdi ki, məscidin dini icması hələ Komitənin qeydiyyatından keçməyib: “Hazırda icmanın qeydiyyatı ilə bağlı sənədlər hazırlanır. Bəzi çatışmazlıqlar var ki, bu da yaxın vaxtlarda icma tərəfindən yoluna qoyulacaq”. Məscidin polis nəzarətinə götürülməsi və ora gələn inanclı insanların ibadətlə məşğul olmasına məhdudiyyətlər qoyulmasına gəlincə, G.Ismayılov bu məlumatı da yanlış adlandırdı: “Nəinki ”Şəhidlər", o cümlədən digər məscidlərdə də ibadət üçün gələnlərə heç bir problem yaradılmır. Məscidə gələn hər hansı şəxs nəzarətdə saxlanılmır. Sadəcə olaraq Nərimanov rayon “Cümə” (Əbu-Bəkr) məscidində baş vermiş sonuncu olaydan sonra bütün məscidlərə, o cümlədən də “Şəhidlər”ə nəzarət gücləndirilib. Insanların təhlükəsizliyi baxımından məscidlərin həyətində, yaxınlığında qrup halında namaz qılınmasına müvəqqəti olaraq icazə verilmir. Bu, sırf dindarların təhlükəsizliyi baxımından atılmış addımdır. Məscidlərin həyətində yalnız cümə günləri namaz qılınır. Bu da bir neçə məscidə şamil olunur. Bakı şəhərində təxminən 140 məscid var. Bunlardan 5-də cümə günləri həyətdə namaz qılınırdı. 135 məscidin içərisi nəinki dolmur, hətta orada cəmi iki cərgə insan olur. Belə olan halda sırf təhlükəsizlik baxımından atılmış bu addıma məscidlərin çatışmaması və ya insanların sıxışdırılması kimi qiymət vermək ən azı ədalətsizlik olardı. Biz sadəcə insanlara tövsiyə edirik ki, hansısa məscidin həyətində namaz qılmaqdansa, boş məsciddə namaz qılmaq daha təhlükəsiz və daha məqsədəuyğundur". G.Ismayılov Əbu-Bəkr məscidinin birdəfəlik bağlanacağı ilə bağlı yayılan fikirlərə də münasibət bildirdi: “Mətbuat Əbu-Bəkr məscidinin bağlanması ilə bağlı imza toplandığını yazır. Amma bununla bağlı heç bir vətəndaş və ya qurum tərəfindən Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinə müraciət ünvanlanmayıb. O ki qaldı məscidin bağlanıb-bağlanmaması məsələsinə, istintaq başa çatana qədər Nərimanov rayon ”Cümə" (Əbu-Bəkr) məscidi bağlı qalacaq. Çünki bu, istintaqın gedişi üçün çox önəmlidir. Istintaq başa çatandan sonra bu məsələyə baxıla bilər. Yəni, istintaqın gəldiyi nəticədən sonra bununla bağlı qərar qəbul ediləcək. Kim bunun əksini deyirsə yalan deyir. Həm də, indidən bu barədə nə isə demək prosesi qabaqlamaq və faktsız fikirlər ətrafında söhbət aparmaqdır".

    Gültəkin /Azadlıq qəzeti
     

    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1198 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər