Главная » 2008 » Sentyabr » 11 » BAKIDA İKİNCİ BEYNƏLXALQ UŞAQ FİLMLƏRİ FESTİVALINA START VERİLİB
13:36 BAKIDA İKİNCİ BEYNƏLXALQ UŞAQ FİLMLƏRİ FESTİVALINA START VERİLİB |
Festivalda MDB və Avropa ölkələrindən də uşaqların iştirakı gözlənilir
Bakıda 2-ci beynəlxalq Uşaq Filmləri Festivalına start verilib. Festivalın təşkilatçıları Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondudur. Məqsəd - uşaqlarda filmlərə marağı artırmaq və rejissorluq qabiliyyətini aşkarlamaqla onları kino aləminə daha yaxın etməkdir.
Film Fondunun direktoru Cəmil Quliyevin sözlərinə görə, onlar uşaq və yeniyetmələri Azərbaycan kinematrqrafiyasına cəlb etmək niyyətindədir: «Azyaşlılarda kino sənətinə maraq oyatmaq istəyirik. Ən əsası odur ki, bu filmlər uşaqların daxili aləmini əks etdirsin, onlar uşaqlarda dostluq, qayğıkeşlik, böyüklərə hörmət, məhəbbət yaratsın. Yəni bu filmlər uşaqlarda təmiz, pak, ülvi hislər oyatmalıdır».
Cəmil Quliyev onu da bildirib ki, filmlərin qəbulu artıq başlanıb. 5 ay müddətinə 8 yaşdan 15 yaşadək uşaqlar çəkdikləri həvəskar ekran əsərlərini Film Fondu və Kinematoqrafçılar İttifaqının seçim komissiyasına təqdim edə bilər. Festivalda MDB və Avropa ölkələrindən də uşaqların iştirakı gözlənilir.
Festivalda iştirak etmək hüququnu baxış mərhələsindən keçən filmlər qazanacaq. Filmlərin məzmunu, xronometrajı və sayına heç bir məhdudiyyət qoyulmayıb. Filmlər «Ən yaxşı balaca rejissor», «Ən yaxşı balaca operator», «Ən yaxşı balaca aktyor», «Ən yaxşı komik film» və s. nominasiyalar üzrə mükafatlandırılacaq. Qaliblərə pul, diplomlar və qiymətli hədiyyələr veriləcək.
Xatırladaq ki, 1-ci beynəlxalq Uşaq Filmləri Festivalı ötən il sentyabrın 8-də keçirilib. Həmin festivalda gürcüstanlı Tamara Balarcaşvilinin «Hər kəs sevgi istəyir» filmi əsas mükafata, azərbaycanlı Rübabə Mirfeyzullayevanın «Sehirli qələm» filmi isə 1-ci yerə layiq görülmüşdü. /ANS TV/
|
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 1265 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|