Главная » 2008 » Sentyabr » 11 » ƏHALİSİNİN ƏKSƏRİYYƏTİ BUDİİST OLAN KAMBOCADA HİCABA AZADLIQ VERİLDİ
16:41 ƏHALİSİNİN ƏKSƏRİYYƏTİ BUDİİST OLAN KAMBOCADA HİCABA AZADLIQ VERİLDİ |
Kamboca baş naziri Hun Senin dövlət və xüsusi məktəblərə etdiyi tövsiyədə, Müsəlman qız şagirdlərin çadra geyməsinə icazə verilməsini istəyib. Kamboca mediasında verilən xəbərlərə görə, baş nazirin əmri rəsmi bir qərar deyil ancaq tövsiyə olaraq qəbul edilir. Baş nazir Hun Sen, əmrində, "Məktəblərin öz daxili tənzimləmələrinə görə formalar geyə bilərlər və ya ənənəvi Müsəlman paltarları geyə bilərlər. Müsəlman şagirdlərin çadra geyməsinə icazə verilməsi milli məsələdir" deyə bildirib.
Əhalisinin əksəriyyəti Budiist olan Kambocada, Tayland sərhədində bir neçə yüz min Müsəlman yaşayır.
Baş nazirin tövsiyəsinə baxmayaraq, Kambocada bəzi məktəblər formalarda israr edərkən, bəzi Müsəlman qız şagirdlər, inanclarından dönməyərək məktəbə getməmək yolunu seçiblər. Məktəblərin çoxunda isə Baş nazirin tövsiyəsi diqqətə alınaraq, hicaba azadlıq verildi.
www.birlik.az |
Категория: Dünyada |
Просмотров: 1327 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|