Cüme, 26.04.2024, 18:22
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 16 » ÇİN DÖVLƏTİ MÜSƏLMANLARA RAMAZAN AYINDA GÜNDÜZ VAXTI RESTORANLARI BAĞLAMAĞI QADAĞAN EDİR
    22:49
    ÇİN DÖVLƏTİ MÜSƏLMANLARA RAMAZAN AYINDA GÜNDÜZ VAXTI RESTORANLARI BAĞLAMAĞI QADAĞAN EDİR
     
     
     
     
     
     
     
    İslam.ru xəbər verir ki, Çin hökuməti müqəddəs Ramazan ayında uyğur müsəlman əhalisinə qoyduqları məhdudiyyətləri bir daha genişləndirdi və bununla Sinzyan-Uyğur muxtar rayonunun dövlət obyektlərinə edilən təzyiqləri zəiflətmək məqsədi güdür.
    "Biz bığ və saqqalı olan bütün kişiləri və üzlərini örtən bütün qadınların şəxsiyyətlərini yoxlayırıq",- Xotan prefekturasının Lop əyalətinin Çarbaq kəndinin polis şöbəsinin növbətçisi RFA söyləyir. "Və əgər lazım bilsək, qadınların üzlərini açmağa məcbur edirik"- deyə o, əlavə etdi. “Eyni zamanda biz qeyri qanuni olaraq uşaqlara din tədris edənləri də həbs edirik” – o qeyd etdi və həmçinin bildirdi ki, polis müsəlman restoranlarının Ramazan ayında bağlanmasına olan qadağaya nəzarət edirlər.

    SUMR-nın dövlət internet saytlarında xəbər verilir ki, müsəlmanların idarə etdiyi restoranlar mübarək Ramazan ayında günorta vaxtı bağlanması qadağan edilir. Halbu ki, dünyanın digər İslam bölgələrində restoranların gündüz vaxtı bağlanılmasını adət edilmişdir. Üzümlükləri ilə məşhur olan bölgənin şimal-cənubunda Talim vadisində yerləşən Atuş şəhərinin Şəhərin Sənaye-Ticarət Bürosunun dərc etdiyi qətnamədə deyilir ki, ümumi müzakirədən sonra qərara alınmışdır ki, "Müsəlman restoranlarının Atuş şəhərində Ramazan ayı müddətində açıq saxlanılması öhdəçiliyi" adlı bir sənəd qəbul edilsin. Bütün müsəlman restoranlarına nəzarət etmək üçün xüsusi məmurlar ayrılmışdır və onlar bu restoranların sahiblərini "islah edəcəklər" ki, bu sənədi imzalamağa razı olsunlar.

    Bu cür tədbirlər başqa  regionlarda da həyata keçirilmişdir. "Yeni məhdudiyyətlər ancaq uyğur restoranlarına aid edilir. - deyə SUMR-nın cənubunda olan Xotan prefekturasının Lop əayalətinin vergi idarəsinin məmuru söhbət zamanı söyləmişdir - Biz çin restoranlarına qarşı bu cür tədbirlər həyata keçirmirik". "Bu bizim hökumətin siyasətidir. Və bu ancaq uyğur restoranlarına aid edilir və yalnız bir ay müddətində, mən sentyabr ayını nəzərdə tuturam. – deyə o, dəqiqləşdirdi - Bu əmr Xotan prefekturasından gəlir. Sentyabr ayında gərək bütün restoranlar açıq olmalıdır".



    Категория: Dünyada | Просмотров: 1185 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Qadın və ailə
    Axtar
    Linklər