Главная » 2008 » Sentyabr » 19 » NEFT YENƏ 100 DOLLARI KEÇDİ
16:14 NEFT YENƏ 100 DOLLARI KEÇDİ |
Maliyyə böhranı "qara qızıl"a da təsir etdi
Neftin qiyməti növbəti dəfə 100 dollar həddini keçdi. "Bloomberg" agentliyinin verdiyi məlumata görə, bu gün "NYMEX" birjasında keçirilən alqı-satqı zamanı qiymət daha 4 dollar qalxaraq 101,07 dollara çatıb.
Qeyd edək ki, neft bir həftə davam edən ucuzlaşmadan sonra sentyabrın 17-də yenidən bahalaşmağa başlayıb. Dünən keçirilən alqı-satqı zamanı WTI markalı neft 5 dollar qalxaraq 97,16 dollara çatmışdı. Ekspertlərin fikrincə, neftin bahalaşmasına beynəlxalq maliyyə böhranından sonra investorların qiymətli kağızlardan qaçması və ABŞ-da yanacaq ehtiyatının azalması barədə xəbərlər təsir göstərib. LENT.AZ
|
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 1336 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|