“Maktub” beynəlxalq tədqiqat mərkəzi, keçirdiyi sorğudan sonra belə qənaətə gəlib
Ərəb ölkələrində müsəlmanların 96 faizi Ramazan ayında oruc tutur. “Maktub” beynəlxalq tədqiqat mərkəzi, keçirdiyi sorğudan sonra belə qənaətə gəlib. Bundan başqa, rəyi soruşulanların əksəriyyəti orucu özünükamilləşdirmə, özünütərbiyə və səbr üçün çox gözəl imkan hesab edirlər. Tədqiqat mərkəzinin direktoru Tamara Dibrizin fikrinə görə, keçirilmiş sorğu ətraf aləmin nə qədər dəyişməsinə baxmayaraq müsəlmanların öz ənələrinə nə qədər sadiq qaldığını göstərir. Onun sözlərinə görə, müsəlmanların 74 faizi müqəddəs ayda Quranı tamamilə yenidən oxuyurlar. Qeyd edək ki, sorğuda ərəb ölkələrinin əksəriyyətindən ümumilikdə 6 min nəfər iştirak edib./ANS PRESS/ |