Azərbaycan Birlik Təşkilatının Ümumdünya Qüds Günü ilə bağlı
BƏYANATI
Hər il olduğu kimi bu ildə dünya müsəlmanları Qüds gününü qeyd edəcəklər. Mübarək Ramazan ayının son gününü Qüds günü kimi qeyd etməklə müsəlmanlar həm də dini liderlərə, İslam alimlərinə etiqad və bağlılıqlarını biruzə verirlər. Çünki məhz onların tövsiyyələri əsasında bu gün dünyada qeyd olunur.
Qüds günü bütün peyğəmbərlərin və dinlərin hörmətlə yanaşdığı bu müqəddəs məkanın, tamam işğal altında olan torpaqların azadlıq günü, fələstinlilər yad olunmaqla bütün müsəlmanlara olan məzlumiyyətə və zora etiraz, İslam ölkələrinin işğal və təcavüzdən azad olunması günüdür.
Bütün bu qeyd olunanları nəzərə alaraq Qüds gününün Azərbaycan üçün də əhəmiyyətli olduğu anlaşılır, israillilərin və sionistlərin fələstinlilərə qarşı həyata keçirdiyi zor, işğal, təcavüz və amansızlıq ermənilər tərəfindən azərbaycanlıların başına gətirilmişdir. Nəticədə Fələstin problemindən sonra dünyada ikinci uzun müddətli həll olunmayan problem Qarabağ münaqişəsidir. Bu baxımdan Qüds günü həm də Qarabağ günüdür və bu gün bizə də əzizdir.
Biz Azərbaycan Birlik Təşkilatı olaraq Ümumdünya Qüds günü münasibətilə bir daha Qarabağa, Qüdsə azadlıq tələb edirik. Qüdsü nəzərdə tutmaqla bütün dünyada işğal və zor siyasətinə etiraz edirik, təcavüzə məruz qalmış torpaqların və xalqların azadlığını tələb edirik. Beynəlxalq qurumlar, "super" dövlətlər isə öz mənafelərini həyata keçirmək üçün uydurduqları formullardan əl çəkərək, həqiqəti dəstəkləməlidirlər. Əgər dünya Gürcüstanı müdafiə etdiyi qədər Azərbaycanı, Fələstini müdafiə etsəydi dünyada heç bir problem qalmazdı. Amma müsəlmançılıq və ABŞ və sionizmə kölə olmamaq, azad yaşamaq arzuları Azərbaycan və Fələstin kimi ölkələrin problemlərinin uzanmasına, Saakaşvili kimi satqın prezidentləri olan məntəqələrin problemlərinin həlinə gətirib çıxarmışdır. Amma inanırıq ki, Allahın köməyi ilə ədalət və haqq öz yerin tapacaq.
ABT Mətbuat Xidməti 25 sentyabr 2008 |