Türkiyədə hazırlanan bayrağın uzunluğu 67 metr, çəkisi 12 tondan artıqdır
Qusar şəhərinin girəcəyində ən hündür təpəlikdə 67 metr uzunluğunda Azərbaycanın dövlət bayrağı ucaldılıb. Bu, Dövlət Neft Şirkətinin Qusarda gördüyü işlər çərçivəsində mumkun olub. Şirkətin tikinti təmsilçisi bayrağın Türkiyədə hazırlandığını deyir. Tikinti sahəsinin rəisi Əli Quliyev bayrağın çəkisinin 12 ton 500 kq olduğunu bildirib. Cənab Əliyev bayrağın Rusiya sərhəddində ucaldılmasının rəmzi məması olduğunu bildirib. Bayrağın ucaldılması yerli əhalinin xüsusi marağına səbəb olub. Bunu bayrağın qaldırılması zamanı yığışan insanlar da sübut edirdi. Ümumiyyətlə Qusarda Azərbaycanın dövlət atributlarından tikinti işlərində xüsusilə istifadə edilir. Şəhərin mərkəzində qoyulan abidə kompleksi də dövlət rəmzi olan ulduzu, şəhərin küçələrində 3 rəngli bayrağın rənglərini divarlarda görmək mümkündür. Şəhərin girəcəyində işiqlandırma sistemi də yenidən qurulub./ANS TV/