Şenbe, 27.04.2024, 00:28
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 29 » BMT-nin İNSAN HAQLARI ŞURASI DİNLƏRİN TƏHQİRİNİN ƏLEYHİNƏ OLAN KONSEPSİYANI QƏBUL ETMƏYİB
    21:42
    BMT-nin İNSAN HAQLARI ŞURASI DİNLƏRİN TƏHQİRİNİN ƏLEYHİNƏ OLAN KONSEPSİYANI QƏBUL ETMƏYİB
     
     
     
     
     
    Özünü sərbəst ifadə etmə haqqı uğrunda mübarizə aparan insan haqları müdafiəçiləri kiçik, lakin onlar üçün vacib olan olan qələbə əldə ediblər: BMT insan haqları şurası komitənin son iclasında  İslam Konfransı Təşkilatının və digər Afrika ölkələrinin dinlərinin təhqirinin əleyhinə olan konsepsiyasını təsdiq etməyib, İslam.ru  xəbər verir.

    “Rasizmin müasir formaları, irqi diskriniminasiya, ksenofobiya və dözümsüzlük” mövzusu üzrə xüsusi məruzəçisi Qitxu Muiqay bildirb ki, dinlərə ünvanlanan təhqirlə mübarizə üçün yeni konsepsiyanın təsdiqinə heç bir lüzum yoxdur. Onun insan haqları şurasının debatlarında bildirdiyi fikirlərə görə, dinlərarası ədavətin qızışdırılması planında mövcud qanunvericilik kifayət qədər yetərlidir.

    Debatların gedişatında Avropa Şurasının nümayəndəsi Jan-Batis-Matte konsepsiyanın ləğv edilməsinin lehinə çıxış etmişdir. “Bu, dinin təhqirini, dinlərarası ədavətin qızışdırılmasından fərqləndirmək üçün fundamental bir andır. Bunlardan yalnız ikincisi qadağan edilməlidir”, - deyə o bildirmişdir.

    Dinə hörməti təmin etmək və dinlərin təhqirinin qarşısının alınmasını təmin etmək üçün özünü sərbəst ifadə etməni məhdudlaşdıran qətnamə hələ 2002-ci ildən, xüsusilədə Peyğəmbərə (s) təhqir olaraq çəkilmiş karikaturaların dərc edilməsindən sonra xüsusilə ciddi müzakirə edilir.

    Cenevrədə keçirilən digər qurultayda 50 qeyri hökumət təşkilatı və digər heyətlərin nümayəndələri toplaşaraq dinin təhqiri problemini müzakirə etmişdir. Onların fikrincə, inanclı kəslər öz inamlarına görə diskriminasiyaya məruz qalmama haqları vardır və onlar beynəlxalq qanunvericiliyin himayəsi altında olmalıdırlar.





    Категория: Dünyada | Просмотров: 1171 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər