GCP hesabatına görə, ən çox karbon qazını 2005-ci ilə qədər zəngin sənaye ölkələri ixrac edirdi. Ancaq vəziyyət son illərdə dəyişdi; artıq Co2 emisyonunun yüzdə 53ü, inkişaf yolundakı ölkələrdən qaynaqlanır.
Qaz emisyonunun ən çox Çin və Hindistanda artdığına işarə edilən hesabatda, zəngin ölkələrin Co2 emisyonundaki artımın isə yavaşladığı ifadə olundu.
GCPə görə, dünyada Co2 emisyonu təxminən 10 milyard ton karbona eyni düşür. Bunun 8,5 milyard tonu fosil yanacaq istifadəsindən, qalan qisim də meşələrin azalmasından irəli gəlir.
Çin'in 2007dəki karbon qazı emisyonunun 1,9 milyard tona yüksəldiyi yazılan hesabata görə, ABŞın qaz emisyonu eyni dövrdə 1,5 milyard, Rusiyanın 432 milyon, Hindistanın da 430 milyon ton oldu.
Hesabatda, atmosferdəki Co2 sıxlığının bəlkə də son 20 milyon ilin ən yüksək səviyyəsində olduğu açıqlandı.