Rusiyanın Dövlət televiziyası RTR-də hər cümə günü yayımlanan “Müsəlmanlar” adlı proqram Rusiya Film və Proqramlar müsabiqəsində Qızıl Qlobus mükafatı ilə təltif edilib.
Proqram sözügedən mükafata çoxdinli və çoxmədəniyyətli Rusiya cəmiyyətində əhalini dinlərarası və mədəniyyətlərarası dialoqa təşviq etdiyinə gərə layiq görülüb. Mükafatlandırma mərasimində proqramın radikallığa və ekstremizm əleyhinə mübarizə sahəsində də uğur əldə etdiyi vurğulanıb. Tədbirdə, həmçinin, Rusiyada yaşayan 20 milyondan çox müsəlman kütlənin maarifləndirilməsi baxımından proqramın xüsusi əhəmiyyətə malik olduğu qeyd olunub.
“Redaksiyamıza qeyri-müsəlman icmalardan da çoxlu məktublar daxil olur. Onlar da İslam mədəniyyitinə maraq göstərirlər. Xüsusilə qeyd etmək istəyirəm ki, bizə həbsxanadan da yazırlar. Digər tərəfdən, müsəlman olan, ancaq İslamı yaxşı bilmədiklərini deyən tamaşaçılar da bizdən kömək istəyirlər. Biz onlara səccadə, Quran və digər dini kitablar göndərməyə çalşırıq. Deməliyəm ki, bizim Rusiya Müftilər Şurası ilə də sıx əlaqələrimiz mövcudur. Şura bizə maarifçilik sahəsində ciddi dəstək verir” – deyə Dinara Sədrəddinova jurnalistlərə müsahibəsində bildirib.
Məlumat üçün bildirək ki, həftənin cümə günləri efirə çıxan proqramın aparıcısı İnquşetiya respublikasından olan Dinara Sədrəddinovadır.
/timeturk/www.azerimuslims.com |