Главная » 2008 » Oktyabr » 4 » QAT Anadolu türklərinə müraciət edib
15:46 QAT Anadolu türklərinə müraciət edib |
Qarabağ Azadlıq Təşkilatı (QAT) Qarsda keçirilməsi nəzərdə tutulan “Qafqaz festivalı” və Ermənistan prezidenti Serj Sərkisyanın Türkiyəyə gözlənilən səfəri ilə bağlı Anadolu türklərinə müraciət edib.
QAT mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə Türkiyənin hazırkı iqtidarı işğalçı Ermənistanla işbirliyi yaratmaqda ittiham olunub və türk millətindən bu məsələyə müdaxilə etməsi istənilib. “Ümid edirik ki, siz özünüz bu xəyanətkar xəttin həyata keçirilməsinə imkan verməyəcəksiniz. Son hadisələri bir daha sizlərə xatırladır və ermənilərlə “dostluq” siyasətinin qarşısını almağa çağırırıq. İnanırıq ki, Ermənistanın terrorçu və qaniçən prezidenti Serj Sərkisyanın Türkiyəyə gözlənilən səfərinə imkan verməyəcəksiniz”, - deyə müraciətdə vurğulanır.
Bəyanatda “Qafqaz festivalı” ermənilərə xidmət kimi qiymətləndirilir və ermənilərin Qarsda törətdikləri vəhşiliklər xatırladılır. “Qars Azərbaycan və Türkiyə vətəndaşları üçün müştərək tarixi ərazidir. Qarsı erməni oylağına çevirmək istəyənlər ancaq lənətə layiqdirlər”, - sənəddə bildirilir.
|
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 1975 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|