Çerşenbe axşamı, 30.04.2024, 05:15
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    KİTABXANA-İMAM MEHDİ (A) BARESİNDE TEHQİQAT-7. Bu vezife bir neferin vasitesi ile gerçekleşe bilermi

    7 - BU VƏZİFƏ BİR NƏFƏRİN VASİTƏSİ İLƏ GERÇƏKLƏŞƏ BİLƏRMİ?

    Belə bir suala çatırıq ki, bir nəfər nə qədər əzəmətli olsa da belə, bu böyük vəzifəni təklikdə necə ifa edə bilər? Məgər böyük bir şəxsiyyət sadəcə müxtəlif şəraitlərin formalaşdırdığı bir insan deyildirmi? Bəs o necə bir hərəkat icad edə bilər və şəraitləri dəyişə bilər?

    Bu sualın əsil amili camaatın bə`zilərinin tarix barəsindəki görüşlərindən irəli gəlir. Onlar insanı tarixin dəyişdirilməsində ikinci dərəcəli amil kimi qəbul edir və onlar əsas amili fərdi, yaxud fərdləri əhatə edən real xarici qüvvələrə mənsub edirlər. Tarixi və ictimai hərəkatlardan edilən bu təfsirlə fərd özünün ən yaxşı hallarında belə, sadəcə həmin əsaslı amillərdən istiqamətlənən bir fərddən başqa heç nə deyildir. Aydındır ki, tarix iki qütbdən təşkil olunmuşdur: Birincisi insan, digəri isə insanı əhatə edən müxtəlif maddi amillər. Maddi qüvvələrin, habelə istehsal olunan vasitələr təbiətin törətdiyi şəraitdə insanda tə`sir qoyduğu kimi, insan da öz ətrafında olanlara tə`sir qoyur. Biz yalnız bunu fərz edə bilmirik ki, hərəkat maddədən başlanıb insanda sona yetir və artıq onun əksi mümkün deyildir. Çünki insan və maddə zamanın keçməsi ilə qarşılıqlı surətdə bir-birinə tə`sir qoyur. Məhz bu dəlilə görədir ki, bir fərd tarixin eniş-yoxuşları arasında təqlid etməyi adət edən tutu quşundan daha böyük rol ifa edə bilər. Xüsusilə, əgər bu fərd insan ilə Pərvərdigarın arasındakı rabitə amili olsa, tarixi hərəkatlarda böyük qüvvələr kimi dəxalət edəcəkdir. Bu elə bir məsələdir ki, peyğəmbərlərin risalətlərinin tarixi boyunda, habelə ilahi peyğamları gətirənin sonuncusunun sərgüzəştlərində bariz şəkildə gerçəkləşmişdir. Çünki həzrət Məhəmməd səlləllahu ələyhi və alihi və səlləm ilahi risalətinin hökmü ilə tarixi hərəkatın istiqamətini əlinə aldı və elə bir mədəniyyət yaratdı ki, heç bir başqa xarici real şəraitlər onu yerinə yetirməyə qadir deyildilər. Deməli ən böyük peyğəmbərlərin əli ilə baş verməsi mümkün olan bütün şeylər məhz o həzrətin xanədanından olan və intizarı çəkilən canişininin əli ilə mümkündür.

    Axtar
    Təqvim
    «  Aprel 2024  »
    B.eÇ.aÇC.aCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930
    Linklər