ALİM ÖLDÜ, ALƏM ÖLDÜ(foto) - 21 Августа 2008 - ....::İslam::....
Bazar ertesi, 05.12.2016, 22:40
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6765
    Sayğac

    Onlayn: 6
    Qonaq: 6
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » Avqust » 21 » ALİM ÖLDÜ, ALƏM ÖLDÜ(foto)
    16:23
    ALİM ÖLDÜ, ALƏM ÖLDÜ(foto)
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
    Ayətullah Seyyid Muhəmməd Hüseyn Mərəşi Şuştəri dünyasını dəyişib.

    İslam-Azeri-nin İran KİV-lərinə istinadlı xəbərinə görə Böyük İslam alimlərindən olan Ayətullah Seyyid Muhəmməd Hüseyn Mərəşi Şuştəri dünyasını dəyişib.

    Xobraqan ali məclisinin üzvü Ayətullah Seyyid Muhəmməd Hüseyn Mərəşi Şuştəri böyrək xəstəliyindən dünən dünyasını dəyişib.

    Ayətullah Seyyid Muhəmməd Hüseyn Mərəşi Şuştəri İslam elmlərinin müxtəlif sahələrini böyük alimlər olan Ayətullah Məhəmməd Həsən Ali Təyyib, Seyyid Məhəmməd Təqi Həkim, Əllamə Şeyx Məhəmməd Şüştəri və Seyyid Muhəmməd Cəzairi kimi ustadların hüzurunda tələbəlik edib.

    İslam İnqilabında da onun böyük xidmətləri olmuşdur.

    İmam Xomeyninin xüsusi göstərişi ilə Ayətullah Seyyid Muhəmməd Hüseyn Mərəşi Şuştəri Ali Məhkəmənin Şurasına üzv təyin edilib.

    Həmçinin eyi zamanda o Xobraqan ali məclisinə də xalqın seçimi ilə seçilərdə üzv təyin edilib.

    Ayətullah Seyyid Muhəmməd Hüseyn Mərəşi Şuştərinin fars dilində kitablarından başqa ərəb dilində də çox sayda kitabları nəşr edilib.

    Ərəb ədəbiyyatına aid İbn Malikin Ərfiyyə kitabına şərh kitabı, yenə ərəb ədəbiyyatına aid Müxtəsərul Məani kitabının xülasəsinə şərh kitabı, fəlsəfəyə aid Bidatul hikmə kitabının şərhi kitabı, Fəlsəfəyə aid Nihayətul Hikmə kitabına yenə şərh, məntiqə aid Taftazaninin "Təhzibul məntiq" kitabına yenə şərh kitabı yazıb.

    İran İslam İnqilabının rəhbəri Seyyid Əli Xamnei pəhrizkar alim Ayətullah Seyyid Muhəmməd Hüseyn Mərəşinin dünayasını dəyişməsi ilə əlaqədar baş sağlığı verib.

    Ayətullah Xamneinin verdiyi baş sağlığının mətni:
    Bismilahir-rahmənir-rəhim
    Ayətullah Seyyid Mərəşinin vəfatı ilə əlaqədar olaraq Şüştər vilayətinin bütün mömin əhalisinə, Tehran elmi hövzəsindəki şagirdlərinə və məxsusən aliə üzvlərinə və qohumlarına təsliyət ərz edirəm. Bu təhqiqatçı alim illərdir ki, tədris və təlim ilə məşğuldur. Fiqh və islam hüququ mövzusunda məşğuliyyətləri çoxdur.
    Allah-təala öz rəhmət və məğfirətini bu din və elm xidmətçilərinə əta etsin.


    Biz də öz adımızdan bu böyük alimin vəfatı ilə bağlı ona böyük Allahdan rəhmət diləyirik!

    Allah Rəhmət Etsin!

    İslam-Azeri.az
    Категория: Dünyada | Просмотров: 777 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 2
    22.08.2008 Спам
    2. ilqar (ahlibeyt14mesum)
    Allah remet etsin basiniz saq olsun Allah cennetlerle mujdelesin insallah amin ya rebbil alemin

    21.08.2008 Спам
    1. vuqar (ata)
    allah rehmet etsin.(habiballah.info)

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər