Şenbe, 20.04.2024, 10:46
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Avqust » 26 » BEYNƏLXALQ HÜQUQ MÜDAFİƏÇİLƏRİ CƏMİYYƏTİ YARDIM ÜÇÜN QƏZZAYA GƏLİB
    21:14
    BEYNƏLXALQ HÜQUQ MÜDAFİƏÇİLƏRİ CƏMİYYƏTİ YARDIM ÜÇÜN QƏZZAYA GƏLİB
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
    Bizlərdən bir çoxumuz Çində böyük müsəlman cəmiyyətinin yaşadığı barədə eşitmişik.

    Son illərdə biz həmçinin onların azadlıq uğrunda apardığı və Çin hökuməti tərəfindən sərt addımlarla qarşısı alınan mübarizəsi barədə eşidirik. Lakin, konkret bir məsələdən danışarkən məlum olur ki, biz 20 milyonluq çinli müsəlman və onların kommunist rejimi şəraitində dinini və mədəniyyətini necə qoruyub saxlaması barəsində çox az şey bilirik.
    Çində İslam dininin yaranması Həzrət Peyğəmbərin (s) vəfatından sonrakı dövrə təsadüf edir.
    Dəniz ticarətinin inkişaf etməsi ilə əlaqədar müsəlman tacirlər sahilboyu rayonlarda məskən salmışlar. Onların yerli əhali ilə əlaqəsi yerli insanların İslama gəlməsinə səbəb olmuşdur. Belə ki, Çində böyük müsəlman cəmiyyətinin təşəkkül tapmasında ən vacib faktorlardan biri də bu əraziyə XIII əsrdə monqolların hücumu olmuşdur.
    Buxara və Səmərqənd şəhərlərinin talan edilməsindən sonra Çingiz xan və onun varislərinin qoşunları Çinə üz tutdu. Onlar özləri ilə sənətkarları, eləcə də monqol kübarlarına xidmət edəcək qula çevrilmiş insanları gətirmişlər. Həmin qullar öz müsəlman inanclarını qorumaq və yaymaqla əsl şücaət göstərmişlər.
    Çində İslamın çiçəklənməsi bütün dinlərə dözümlə yanaşan Min sülaləsinin hakimiyyəti dövrünə (1368-1644) təsadüf edir. Bu dönəmdə buraya Orta Asiyadan islam təbliğatçıları və alimləri gəlmişlər. Tezliklə Min sülaləsinin birinci paytaxı olan Naninin şəhəri İslami elmi mərkəz kimi şöhrət qazanmışdır. Məhz bu şəhərdə Van Dayyu müsəlman alimi özünün məhşur “Həqiqi din haqqında pak mülahizələr” əsərini və digər traktatlarını qələmə almışdır.
    Çinin müsəlman cəmiyyəti 10 qrupa bölünür: huey, uyğur, qazax, qırğız, özbək, tatar, salar, baoan, donsin və taciklər. Bu qruplardan ən çox saylısı olan hueylərə Çinin bütün hər yerində rast gəlmək olar.
    1990-cı il siyahıya alınmasına görə bu qrupda olanların ümumi sayı 8 602 978 nəfərdir. Ölkənin şimal-qərbində məskunlaşan Sintzyan sülaləsi kökündən olan uyğurlar daha çox tanınır. Belə ki, müasir Çində ölkənin müsəlman əhalisini huey adlandırırlar. Kişi hueyləri xarakterik ağ papaqlardan tanımaq mümkündür.
    Müsəlmanların sakit həyat tərzi Tsin sülaləsinin(1644-1911) hakimiyyətə gəlməsindən sonra başa çatdı. Bu illər ərzində onlar öz azadlıqları uğrunda ayağa qalxmalı oldular.
    Müsəlmanların 1862-1872-ci illərdə qalib gələn üsyanına rəhbərlik edən müsəlmanların xarezmatik lideri Du Vensiyu eyni zamanda özünü Şançşi və Qansu sultanlıqlarının hakimi elan etdi. 1867-1877-ci illərdə Sintzyanda Yaqub Bəy tərəfindən daha bir müstəqil hökumət yaranır. Bu çox uzun sürməyən hakimiyyətlər Çin rejiminin ardıcılları tərəfindən sərt olaraq çökdürülmüşdür. Repressiyalar elə sərt olmuşdur ki, nəticəsində hueylərin sayı kifayət qədər azalmışdır. Vaxtaşırı olaraq onlar tamamilə məhv həddinə çatdırılmışlar.
    1949-cu ildə kommunistlər Çində hakimiyyətə gəldikdən sonra müsəlmanlara qarşı başlanan sərt repressiyalar, bir az yumşalsa da, hələ bu günə qədər də davam edir. İslam məktəbləri və məscidləri bağlanmış, hətta bəziləri dağıdılmışdır. Maoist doktrinasına uyğun gəlməyən bütün hər şey, inanc və adətlər də daxil olmaqla, rədd edilir və hücumlara məruz qalırdı. Belə ki, Maonun ölümündən sonra rejim nisbətən yumşalıb. Ölkə modernləşmək və dünya arenasında tanınmaq yoluna daxil olmuşdur. Bu da o cümlədən, yeni məscid və mədrəsələrin tikilməsinə və köhnə tikililərin bərpasına səbəb olmuşdur.
    Milli azlıqların iqtisadi potensialı, o cümlədən mədəniyyət, ticarət, sənətkarlıq və turizm sahəsindəki uğurlarından istifadə edən Çin hökuməti iqtisadi islahatlar yolu ilə irəli gedir. Belə ki, o Çinin ərazi bütövlüyünə «təhlükə törədə bilən» bütün qüvvələrə qarşı dözümsüzdür. Belə bir siyasət bir çox qarşıdurmalara və azadlıq uğrunda mübarizə aparan hərəkatçılara divan tutulmasına səbəb olub. (Muhəmməd Əyyub Xan Mişel Diplonun “Çində Müsəlmanlar
    ” kitabı əsasında İslamOnlineislam.ru)
    Категория: Dünyada | Просмотров: 1121 | Добавил: media-islam | Рейтинг: 5.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər