FRANSA MÜSƏLMANLARININ 80%-i RAMAZAN AYINDA ORUC TUTACAQ VƏ MƏSCİDLƏRƏ GEDƏCƏK - 5 Сентября 2008 - ....::İslam::....
Bazar, 04.12.2016, 07:54
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6763
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » Sentyabr » 5 » FRANSA MÜSƏLMANLARININ 80%-i RAMAZAN AYINDA ORUC TUTACAQ VƏ MƏSCİDLƏRƏ GEDƏCƏK
    18:49
    FRANSA MÜSƏLMANLARININ 80%-i RAMAZAN AYINDA ORUC TUTACAQ VƏ MƏSCİDLƏRƏ GEDƏCƏK
     
     
     
     
     
    2008-ci ildə aparılan sorğunun nəticəsi Fransada Ramazan ayının önəmliliyinin artdığını göstərir. Fransanın 5 milyon müsəlman əhalisinin 80%-i sorğu aparanlara bildirmişdir ki, il ərzində dini əhkamlara qarşı laqeyid olsalar da Ramazan ayında ciddi şəkildə orucluğa riayət edəcək, tez-tez məscidlərə gedəcəklər. Məxsusi olaraq Ramazan ayında yerli müsəlman camiyyələri məscidlərdə dinin tanınmış alimlərinin iştirakı ilə moizələr təşkil edəcək. Ənənəvi olaraq alimlər Əlcəzair, Mərakeş və Türkiyədən dəvət olunur.

    “RF-də İslam”-ın verdiyi xəbərə görə bu ilin iyulunda Mərakeş hökuməti Avropaya 176 təbliğatçı göndərmişdir ki, onların da yarısından çoxu Fransanın payına düşmüşdür. Onlar Avropa əhalisinə islam barədə danışacaq, həmçinin burada olan müsəlmanların inkişaf məsələləri ilə məşğul olacaqlar.

    Fransa hökuməti ərəb həmkarlarından geri qalmır və mədəniyyətlərarası dialoqun inkişafı üçün bu sahəyə öz töhfəsini qoymağa çalışırlar. Belə ki, Parij meriyası üçüncü dəfədir ki, sentyabrın 9-undan oktyabrın 2-sinə “Ramazan ayı gecələri” təşkil edəcək. Bu proqram təşkilatçıların sözlərinə görə, İslam həyatını Avropada tanıtmaq və insanların bu dinlə tanışlığını artırmaq üçün bir sıra mədəni tədbirlər keçirməyi nəzərdə tutur. “Gecələr” çərçivəsində bir sıra filimlərin, sərgilərin nümayiş etdirilməsi, konsertlərin keçirilməsi və əlbəttdə ki, ənənəvi iftar süfrələrinin təşkil edilməsini nəzərdə tutub. Fransa DİN-inin verdiyi məlumata görə ölkədə 1890 məscid və namaz evi fəaliyyət göstərir. 



     

    Категория: Dünyada | Просмотров: 720 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər