ÇİN HÖKUMƏTİ RAMAZAN AYI BOYUNCA YERLİ MÜSƏLMANLAR ÜZƏRİNDƏ NƏZARƏTİ GÜCLƏNDİRİB - 9 Сентября 2008 - ....::İslam::....
Şenbe, 10.12.2016, 07:02
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6769
    Sayğac

    Onlayn: 2
    Qonaq: 2
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » Sentyabr » 9 » ÇİN HÖKUMƏTİ RAMAZAN AYI BOYUNCA YERLİ MÜSƏLMANLAR ÜZƏRİNDƏ NƏZARƏTİ GÜCLƏNDİRİB
    19:19
    ÇİN HÖKUMƏTİ RAMAZAN AYI BOYUNCA YERLİ MÜSƏLMANLAR ÜZƏRİNDƏ NƏZARƏTİ GÜCLƏNDİRİB
     
     
     
     
     
     
    Çinin Sincan əyalətinin yerli sakinlərinin əksəriyyətini müsəlman uyğurlar təşkil edir və buranın hakim dairələri müqəddəs Ramazan ayı boyunca müsəlmanlar və məscidlər üzərində nəzarəti gücləndiriblər. Bu haqda uyğur diasporunun nümayəndələri xəbər verib.
    Mərkəz qərargahı Myunxendə yerləşən Uyğur Dünya Konqresinin verdiyi rəsmi məlumata görə, hökumət müsəlman restoranlarından ay ərzində bağlanmamağı tələb edib və məscidlərin iş vaxtlarına məhdudiyyətlər qoyub.

    Sincan əyalətinin Şaya ətraf rayonunu məscidlərinə digər regionlardan olan insanları buraxmaq, insanları orucluğa riayət etməyə dəvət etmək qadağan olunub. Yerli hökumət dairələrinə məscidlərlə daha “sıx əlaqə yaratmaq” və “qeyri-qanuni dini təbliğatın” qarşısını almaq tapşırılıb.

    Əmrdə eyni zamanda mümkün yollarla kişiləri saqqallarını qırxmağa və qadınları hicabı çıxartmağa vadar etmək də göstərilib.
    Şaxe əyalətinin rəsmi saytının verdiyi xəbərə görə əyalət məmurlarına Ramazan ayı boyunca dini hərəkata ciddi nəzarət və partiya üzvləri, hərbi kadrlar və tələbələrin oruc tutmasının qarşısını ciddi şəkildə almaları barədə gündəlik hesabat verilməsi haqqında tapşırıq verilib.




     
    Категория: Dünyada | Просмотров: 664 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər