MÜSƏLMAN XANIM ÖZ HAQQINI BƏRPA ETDİ - 21 Сентября 2008 - ....::İslam::....
Şenbe, 10.12.2016, 22:28
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6769
    Sayğac

    Onlayn: 2
    Qonaq: 2
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » Sentyabr » 21 » MÜSƏLMAN XANIM ÖZ HAQQINI BƏRPA ETDİ
    22:14
    MÜSƏLMAN XANIM ÖZ HAQQINI BƏRPA ETDİ
     
     
     
     
     
     
     
    Britaniya prokurorluğu müsəlman xanımın hüquqlarını pozduğuna görə 600 min funt sterlinq təzminat ödəyib
    Britaniyalı vəkil Həlimə Əzizəyə Britaniyanın prokurorluq xidmətindən haqqının bərpa edilməsinə nail olmaq üçün 7 il lazım oldu. Məsələ bundadır ki, 2001-ci ildə Bredford məhkəməsinin keşikçisi belə təxmin edir ki, prokurorluğun asiyalı əməkdaşı ölkə üçün təhlükə törədir. Cavabında isə xanım ehtiyatsızlıq edərək zarafatla Bin-Ladenlə dostluq etdiyini bildirmişdir.Məsələ məhşur 11 sentyabr hadisələrindən dərhal sonra baş verdiyindən prokurorluqda xanımın deyimini zarafat kimi qiymətləndirmirlər.
    Prokurorluq xidmətində daxili araşdırmadan sonra Həlimə Əziz işdən uzaqlaşdırılır. Bundan başqa bu xanım, bir neçə Asiya əsilli gənci qarışıqlıq yaratmağa təhrik etməkdə günahlandırılır.Xanımın şikayət ilə müraciət etdiyi məhkəmədə isə onun haqqında olan ittihamlar təsdiqlənməmiş, əksinə olaraq onun prokurorluqda daxili araşdırma zamanı irqi ayrı-seçkiliyə məruz qaldığı məlum olmuşdur.

    Birinci məhkəmədə xanım qalib gəlsə də, prokurorluğun qərara etirazından sonra qərar ləğv edilmişdir. Və budur, sonda məhkəmə Həlimə xanımın xidmətdən qeyri-qanuni olaraq uzaqlaşdırıldığını və irqi ayrı-seçkiliyə məruz qaldığını təsdiqləyir. Krallığın prokurorluq xidməti öz əməkdaşlarının zarafat etmə hüququnu məhdudlaşdırdığına görə 600 min funt sterlinq təzminat ödəməklə yanaşı, xanıma üzürxahlığını çatdırmalı və onun xidmətdəki işini bərpa etməlidir. 


    Категория: Dünyada | Просмотров: 865 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər