Bazar, 19.11.2017, 07:06
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6870
    Sayğac

    Onlayn: 2
    Qonaq: 2
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » Oktyabr » 3 » Rəcəb Tayyib Ərdoğan Monqolustanda “Bilgə Xaqan yolu”nu açacaq
    12:35
    Rəcəb Tayyib Ərdoğan Monqolustanda “Bilgə Xaqan yolu”nu açacaq
     
     
     
     
     
    Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkmənistan və Monqolustana səfər edəcək. APA-nın ANKA agentliyinə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan oktyabrın 3-4-də Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovun dəvəti ilə bu ölkənin qonağı olacaq. Səfər zamanı ikitərəfli münasibətlərin bütün sahələri, xüsusən enerji məsələləri müzakirə ediləcək, Türkmənistan-Türkiyə biznes-forumu keçiriləcək. Baş nazir monqol həmkarının dəvəti ilə oktyabrın 4-də bu ölkəyə yollanacaq. R. T. Ərdoğan Orxon-Yenisey abidələrinin olduğu Hoşo Saydam məntəqəsi ilə Karakurumu əlaqələndirən və Türkiyə dövlətinin hesabına inşa olunmuş 46 kilometrlik “Bilgə Xaqan yolu”nun, Orxon-Yenisey abidələrinin qorunması üçün tikilən Orxon muzeyinin, paytaxt Ulan-Batorda Atatürkün adı verilmiş məktəbin önündəki Atatürk büstünün və Ankara küçəsinin açılışlarında iştirak edəcək. “Bilgə Xaqan yolu”nun təməli 2005-ci ildə məhz R. T. Ərdoğan tərəfindən qoyulub. Orxon-Yenisey abidələri isə tarixdə ilk dəfə “türk” adının keçdiyi ilk türkcə mənbə sayılır. 1889-cu ildə kəşf olunmuş abidələrin üzərindəki yazılar 1893-cü ildə danimarkalı alim Vilhelm Tomsen və alman əsilli məşhur rusiyalı türkoloq Vasili Radlof tərəfindən oxunub. Abidələr Ulan-Batordan 365 km uzaqda yerləşir.

    APA
    Категория: Dünyada | Просмотров: 988 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Oktyabr 2008  »
    B.eÇ.aÇC.aCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Linklər