İmam Hüseynin aşura mektebi bizim şerefimizdir - İmam Hüseyn (a) - 14 Mesum - Meqaleler kataloqu - ....::İslam::....
Şenbe, 03.12.2016, 13:34
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6763
    Sayğac

    Onlayn: 5
    Qonaq: 5
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » 14 Mesum » İmam Hüseyn (a)

    İmam Hüseynin aşura mektebi bizim şerefimizdir
    Həzrətin adı Huseyndir ki, bu adı Allah-Təala onun üçün seçmişdir. Ən məşhur künyəsi Əbu Əbdillah( Əbdillahın atası), ən məşhur ləqəbləri Seyyiduşşuhəda(Şəhidlər ağası), Məzlum və Şəhiddir. O Həzrətin bərəkətli ömrü 57 il olmuşdur. Hicrətin 4-cü ili, Şəban ayının üçündə dünyaya gəlib və hicrətin 60-cı ili Məhərrəmul-həram ayının onunda(Aşura günü) Muaviyyənin oğlu Yezidin qoşununun vasitsilə Kərbəlada şəhid edilmişdir. Müqəddəs məzarı İraqın Kərbəla
    məntəqəsindədir.Həzrətin 6 yaşı olanda babası Muhəmməd Peyğəmbər(s) dünyasını dəyişib. 30 il atası Həzrət Əli(ə) ilə, atasının vəfatından sonra isə on il qardaşı İmam Həsən(ə)-la birlikdə yaşayıb. Qardaşının vəfatından sonra on il İmamət edib.
    İmam Huseyn(ə) ata-ana tərəfindən malik olduğu fəzilətlərdən əlavə, Əhli-Beyt(ə) arasında özünə məxsus xüsusiyyətləri vardır.
    Birinci xüsusiyyət: odur ki, məsum İmamların doqquzu onun nəslindəndir. Bu barədə Muhəmməd Peyğəmbər(s)-dən bir rəvayət nəql olunmuşdur. Peyğəmbərin səhabələrindən olan Salman Farsi nəql edir ki, Huseyn(ə) babası Peyğəmbərin qucağında oturmuşdu. Həzrət onu öpür və deyirdi:
    «Sən böyük və böyüklərin ağasısan. Sən İmam, İmam oğlu və İmamlar atasısan.
    Sən Allahın höccəti(dəlili), Allah höccətinin oğlu və doqquz nəfər Allah höccətinin atasısan, onların həmısı sənin nəslindəndir. Onların doqquzuncusu Qaimi Ali-Muhəmməddir( Muhəmməd ailəsinin qiyam edənidir)».
    İkinci xüsusiyyət: budur ki, İslam dininin qalıb davam etməsi O Həzrətin şəhadətinə və Aşura inqilabına qırılmaz surətdə bağlıdır. Tarixə nəzər salsaq, məlum olar ki, əgər İmam Huseyn(ə)-ın qiyamı olmasaydı, əsl İslam dinindən əsər-əlamət qalmazdı. Ona görə də İslam Peyğəmbəri Muhəmməd(s) buna işarə edərək buyurur:
    «Huseyn məndəndir, məndə Huseyndənəm». Yəni Huseynin yerində məndə olsam O edən işi məndə yerinə yetirərəm.
    Yezid İmam Huseyn Həzrətlərini beyətə vadar etmək istəyəndə(Onun hakimiyyətini rəsmən tanımasını tələb edəndə) İmam Huseyn(ə) özü bu mətləbə işarə edib buyurdu:
    «Əgər Yezidə beyət etsəm, gərək İslamla vidalaşaq».
    Üçüncü xüsusiyyət: O Həzrətin məhəbbətinin ürəklərdə şölələnməsidir. Muhəmməd Peyğəmbər(s) bu barədə buyurur:
    «Həqiqətən Huseyn üçün insanların qəlblərində elə məhəbbət şöləsi var ki, heç vaxt sönməz».
    Dördüncü xüsusiyyət: budur ki, Huseyn(ə)-ın türbətində şəfa vardır və O Həzrətin hərəmində edilən dua qəbul olunar.
    Beşinci xüsusiyyət: İmam Huseyn(ə) özünün qəhramanlığı və fədakarlığı ilə Allaha olan eşqini əməli surətdə isbat etmişdir. Əgər İmam Huseyn(ə)-ın Aşura qiyamı olmasaydı, bir çox məsələləri dərk edə bilməzdik.
    İmam Huseyn(ə) Aşura günü buyurur:
    «İlahi, hər bir qəmdə pənahım, hər bir çətinlikdə ümidim Sənsən. Ürəkləri
    lərzəyə salan, çarəni azaldan, dostu narahat edən və düşməni sevindirən qəmləri Sənə
    tapşırdım. Səndən başqasına yox, yalnız Sənə məhəbbət bəslədiyim üçün, bu şikayəti Sənə söyləyirəm. Sən o qəmləri aradan apardın. Sən hər bir nemətin, hər bir xeyir işin sahibisən. Bütün arzuların sonu Sənsən».
    İmam Huseyn(ə)-ın hər nəyi var idisə, Allah yolunda fəda etdi, malını, ailəsini, dostlarını, övladını, hətta südəmər uşağını İslam yolunda qurban verdi.
    Həzrət qətlgahda buyurur:
    «İlahi! Sənin üçün hamıdan və hər şeydən keçdim. Səninlə görüşmək üçün bütün qohumlarıma göz yumdum.
    İlahi! Sənin məhəbbətinin yolunda tikə-tikə olsam da, Səndən başqasına pənah aparmaram!».
    Bəli, həqiqi iman, həqiqi elm və irfan (Allahı tanımaq mərifəti) bax budur.
    Bəndəçiliyin həqiqəti, təqva (günahdan çəkinmə) və zöhdün (dünyaya rəğbətsiz) həqiqi mənası, düşmənə və nəfsə qələbə çalmaq və əsl şücaət İmam Huseyn(ə)-ın vücudunda cilvələnir. İmam Huseyn(ə) səxavət, fəsahət və bəlağətin yüksək mərhələsində idi.Ədalət nuru, Allah yolunda cihad, hər cəhətdən haqqa yetişmək və ümumiyyətlə, bütün İlahi-insani səciyyələr o Həzrətin varlığında var idi. Bütün bunlar İslam Peyğəmbərinin(s) buyurduğu rəvayətin mənasını bəyan edir:
    «Həqiqətən, Huseyn hidayət çırağı və nicat gəmisidir».
    Başqa yerdə İslam Peyğəmbəri Muhəmməd(s) buyurur:
    «Hər kəs Allahın və Əhli-Beytin nəzərində yer üzünün və göyün ən sevimli insanına baxmaq istəyirsə, Huseynə baxsın».
    Biz İmam Huseynin qiyam etməsini İslamın diri qalması ilə bağlılığını qeyd etmişdik. Bu barədə İmam Huseyn özü buyurur:
    «Mən heyvani-nəfs üzündən, fəsad törədib zülm etmək və ara qarışdırmaq üçün qiyam etmirəm.Mənim qiyamım, əmr be məruf (yaxşı işlərə dəvət) və nəhy əz munkər (pis işlərdən çəkindirmək) üçündür. Babam Rəsuli-Əkrəmin (Muhəmməd peyğəmbərin)
    atam Əmirəl-möminin Əlinin (ə) yolunu getmək, babamın ümmətini islah edib fəsadı aradan qaldırmaq üçün qiyam edirəm».
    Bəli Azərbaycan xalqı, həmişə Məhərrəm ayı gələndə məscidlərə cəm olur mərsiyyələr və nohələr oxuyur, sinə vurub ağlayırlar. Ümidvarıq ki, bu il də xalqımız
    .öz gözəl adət ənənələrinə sadiq qalacaqlar.
    Allahdan istəyimiz budur ki, Azərbayan xalqına daxili və xarici düşmənlərinin üzərində böyük qələbə bəxş etsin! Amin!
    Məsumlardan nəql olunan hədislər:
    1.Möminlərin ağası İmam Əli(ə) buyurur: «Qətiyyən başqasının bəndəsi olma! Çünki, Allah səni azad yaratmışdır»
    2. İmam Huseyn(ə) buyurur: «Ağıl ancaq haqqa itaət etməklə kamil olar».
    3. Xanım Fatiməyi-Zəhra(s.ə) buyurur: « Allah yaxşılığa əmr etməyi(haqqa dəvəti) və pislikdən çəkindirməyi cəmiyyətin islahı üçün vacib etmişdir».
    4. 5-ci İmam Baqir(ə) buyurur: «Üç şey insanın belini sındırar: 1- Öz işlərini böyük sanmaq. 2- Günahını unutmaq. 3- Öz fikrini hamının fikrindən üstün bilmək».
    5. 6-cı İmam Sadiq(ə) buyurur: «Xalqı dilinizlə deyil, gözəl əməllərinizlə yaxşılığa dəvət edənlərdən olun. Xalq sizin çalışmağınızı, doğruluğunuzu və haramlardan çəkinməyinizi görməlidir».
    6. 10-cu İmam Əliyyən-Nəqi(ə) buyurur: «Hər kim həqqı araşdırmaq üçün hərəkət
    etsə, ona çatmamış ölsə də, belə bir adam səadətə çatır və belə bir halda ölür.
    Allah buyurmuşdur: Hər kəs, Allaha və Onun Peyğəmbərinə tərəf mühacirət etmək niyyəti ilə evindən çıxsa və sonra ölsə, onun əcri Allahın öhdəsindədir.(Yəni Şəhiddir)».
    7. İslam xəlifəsi və Peyğəmbər səhabəsi olan İmam Əli(ə) buyurur: «Allaha and olsun ki, Əbu Talib Əbdülmənaf ibni Əbdül-mütəllib mömin və müsəlman idi, öz
    imanını Qureyş kafirlərindən gizlədirdi ki, onlar Bəni-Haşimlə düşmənçilik etməsinlər».
    8. İslam Peyğəmbəri Muhəmməd (s) buyurur: «İslam on iki xəlifə və rəhbər(İmam) vasitəsilə əziz olacaqlar».(Bu hədisin mənbəyi Müslümün «Səhih» kitabında, cild 6, səh 2, Misir çapı).


    Источник: http://islam-azeri.az
    Категория: İmam Hüseyn (a) | Добавил: al-shia (01.01.2008) | Автор: islam-azeri W
    Просмотров: 2341 | Рейтинг: 5.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər