Cüme, 29.03.2024, 18:17
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Bölmələr
    Elmi məqalələr [0]
    Elmi məqalələr
    DİNİ MƏQALƏLƏR [4]
    DİNİ MƏQALƏLƏR
    QONAQ YAZARLAR [2]
    QONAQ YAZARLAR
    ANALİZ [0]
    ANALİZ
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    YAZARLAR

    Главная » 2008 » Avqust » 23 » Qadınları niyə və necə ayaq altına alırlar?
    22:54
    Qadınları niyə və necə ayaq altına alırlar?
      
      
     
     
               
     
     
                                     Qadınları niyə və necə ayaq altına alırlar

                                             

                                       Mehriban və bağışlayan Allahın(CC) adı ilə

     

     

    Zəmanəmizdə bəzi qeyrətsiz kişilər bərabərlik,azadlıq  və müsavat kimi aldadıcı adlardan istifadə edərək qadınlarla öz aralarında olan naməhrəm pərdəsini aradan qaldırmağa çaışır,qadınları özlərinin ən çirkin və iyrənc məqsədlərinə qurban vermişlər.Müasir dövrdə qadınların modern qul şəklinə salınaraq istismar olunmasına diqqət yetirin: Onlar vitrinlər arxasında,restoranlarda,ticarət mallarının reklam olunmasında kişilərin maddi mənfə-ətini təmin etmək üçün özlərini min bir rəngə salaraq müştəriləri cəlb etməyə çalışır,müqəvva insanlar surətinə düşərək geyim və bəzək əşyalarını nümayiş etdirmək üçün öz qadınlıq şərəfini çox ucuz qiymətə satmaq məcburiyyətində qalırlar.

    Bu günkü dünya qadın azadlığı,daha dəqiq desək,cinsi rabitələrin azadlığı adı ilə cavanların ruhunu korlayıb,mənəviyyatını sarsıdır.Bu azadlıqdan istedadların çiçəklənməsi yolunda istifadə etmək yerinə,tam başqa bir formada qədimdən mövcud olan insani istedadları və mənəvi qüvvələri hədərə vermiş və verməkdədir.Qadının evlərin küncündə sıxarmışlar,amma onu haralara apararmışlar?!Kazinolara,dəniz sahillərinə,bulvarların küncünə,gecə təşkil olunan əyyaşlıq məclislərinə!Bu günkü qadın azadlıq adı ilə ailəni xarab etmişdir,amma məktəbi və ya başqa yerləridə abad etməmişdir.Əgər etməsəm oralarıda üzdəniraq vəziyyətə gətirib çıxarmışdır.

    Bu açıq-saçıqlıqlar və insaniyyətdən uzaq düşmək nəticəsində cavanların təhsil səviyyəsi çox aşağı enmiş,onların tədris ocaqlarından qaçmaları adi hala çevrilmişdir.Cinsi təcavüzlərlə əlaqədər olan cinayətlərin sayı artmışdır.Qadın üçün zinət əşyaları istehsal edən şirkət sahiblərinin cibləri dolmuş,rəqqasələrin sayı alimlərin,mütəfəkkir və ictimayi istalahtçıların sayından qat-qat artmışdır.

    Əgər bunun doğru olmasını bilmək istəyirsinizsə,onda xaricdən müğənni gələn zaman camaatın keçirdiyi sevinc və həyəcanlarla bəşər elminə yüksək xidmətlər etmiş məşhur bir alimin gəldiyi zaman cavanların ona qarşı göstərdiyi reaksiyyanı müqayisə edin.

    Bəs əxlaqsızlığı yaymaq istəyən kimdir?!Təbii ki,islam düşmənləri!Yalandan insanlara sərf edən yollarla islamı parçalayırlar,xanımların iffətini əlindən alırlar.Bu məqsədlərinə çoxdan çatıblar. Qadınları iş həyatına çəkmək istəyirdilər.Qadının işləməsi, bir peşəyə sahib olmasının əlbəttə ki heç bir qorxusu yoxdur. Amma onların istədiyi kimi deyil təbii. Onların məqsədi qadının da bir peşə sahibi olmasını təmin etmək deyildi. Məqsədləri qadını da eynilə kişi kimi insani mövqedən salmaq idi. Qadın və kişi seqmentinin təbii bir seyr içində inkişafını maneə törətmək idi. Uşaqlarımızın doğru bir şəkildə yetişməsini önləmək idi. Bu səbəblədir ki analıq peşəsini bizim gözümüzdən saldılar.Çünki hal hazırda bəzi özünü iş xanımı adlandıran xanımlar evli olsalarda uşaqları yoxdu.Bununda özlərinə məxsus səbəbi var.Səbəb olaraq soruşulanda deyirlər ki,hələ kariyeram var.İslam düşmənləri,qadınlara ayaq altına alan alçaqlar elə təbliğat aparıblar ki,bu xanımlar elə düşünür.Bu gün cəmiyyətimizin əsas problemi odur ki,tele kanallarda xanımların iffətindən danışmaq əvəzinə,xanımları qəsdən ədəbsizliyə çəkirlər.Şou biznes pərdəsi altında islam düçmənləri xanımları iffətsizliyə sürükləyirlər.Müxtəlif proqramlarla kişiləri əxlaqsızlıqlara sürükləyirlər.Gecə saat 12-dən sonra ədəbsiz filimlərlə insanların beynində olan hər bir şeyi alırlar.Qarabağ deyilən problemimiz ancaq hansısa bir rayonun alınan günü olursa o gün yadımıza düşür.Telekanallarda Qarabağdan danışmaq əvəzinə,insanların mənəviyyatın əllərindən alırlar.Evdar xanımların çoxu xarici teleseriallara baxır.Amma boş-boş mövzulardan bəhs edən teleseriallara baxırlar.Küçədə bir-birlərin görən kimi yeni çıxan musiqilərdən danışırlar.Amma qayıdıb soruşsan ki,məsələn Şuşa hansi tarixdə alınıb çoxu bilməyəcək.Cavan-cavan qızlar açıq-saçıq geyinib küçədə gəzir.Hətta hicab əhlinə aşağıdan yuxarıya baxırlar.Onları geridə qalmış adlandırırlar.Modernizmi ancaq açıq-saçıq geyinməkdə görənlərdə var.

    Bunlar İslam dinin hökümlərinə qəddarlıq kimi baxır.Zinakar barədə olan hökümləri cahillik sanırlar.Amma islamın qoyduğu hökümlər xanımların hüququnun qorunması üçündü. İslam qadına böyük bir qürur bəxş etmişdir. İslama görə qadının qürurunda Allahın haqqı vardır, insanların haqqı deyil. Qadının hörmətinə, məhrəmlik və hörmətini tapdalamaq, heç kimə yaraşmaz. Onun haqqlarının təşkil edilməsi və hər kəsin onun mövqesini qorumaqla vəzifəli olması, dini hökmlər arasında iştirak edər. Məsələn; bir kimsə qadının şərəfinə hücum edər, onun namusunu çirklətsə qətiliklə həddə tabe tutulmalıdır. Heç bir şey, nə ərinin razılığı nə də qadının öz məmnuniyyəti zənninin hədd cəzasını qaldıra bilməz. Çünki onun namusunda Allahın haqqı vardır. Namus məsələsi mal kimi deyil; bir kimsə birinin malını oğurlasa da malı oğurlanan bağışlasa hədd cəzası qalxar, halbuki qadın və qadının namusu belə deyil. Materialist qərb və şərq sivilizasiyaları qadının namusun, mal kimi əşya kimi görməkdədir. Buna görə bu sivilizasiyalar da ərin razılığı ilə günahkar bağılanar, zina faylı bağlanmış olar. Eynilə köhnə cahiliyyə dövründə olduğu kimi. Lakin hanif İslam dininin gəlməsiylə birlikdə nə müasir cahiliyyə nə də köhnə cahiliyyeye yer yoxdur.

    De: “Haqq (islam dini) gəldi. Batil (küfr, şirk) bir də nə gözə görünər (nə ortaya bir şey çıxarar), nə də geri qayıdar!” (Haqq gələn kimi batil bilmərrə yox oldu, çünki o özlüyündə puçdur!).(Səba surəsi 49-cu ayə)

    İslam dini insanlara şərəf bəxş edir.Namuzsuzluq yox.
    Hz.Əli(ə) buyurur:Qeyrətli şəxs zina etməz.Ağanın dediyi budur ki,əgər qeyrətlisənsə gedib hansısa xanımın qeyrəti ilə oynama.

    Hidayet nuruyla dolu olan İslam dini, doğulduğu andan etibarən qadına mədəniyyətsiz və cəhalət içində boğulan qaranlıq bir göldə yaşamaqdan xilas olma haqqı bəxş etmişdir. Bu gün də şərəf və insanlıq düşmənlərinin pəncəsindən qurtuluşun tək yolu şübhəsiz "Öz Məhəmmədi İslam"ın yenidən canlandırılmasıyla mümkündür.

    (Ya Peyğəmbərim!) Onların (kafirlərin boş, mənasız) sözləri səni kədərləndirməsin. Yenilməz izzət (qüvvət) bütövlükdə yalnız Allaha məxsusdur. O, (hər şeyi) eşidəndir, biləndir!(Yunus surəsi 65-ci ayə)

     

    Allah bizi hidayət yoluna yönəltsin.İmamımızın(ə.f) zührunda təcil etsin ki,day xanımlarımız az alçaldılsın.

     

     

    İlkin_Hüseyni

     Üstad Şəhid Mürtəza Mütəhərri ağanın Hicab kitabından bəhrələnilmişdir

    Просмотров: 1249 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Avqust 2008  »
    B.eÇ.aÇC.aCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Linklər