Bazar ertesi, 29.04.2024, 06:21
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    DUALAR-COVŞEN KEBİR DUASI-2

     
    51. Ey gözəl Həsib (kifayət edən), ey gözəl Təbib, ey gözəl Rəqib (heç nəyin Ondan yayınmadığı keşikçi), ey gözəl Qərib (bəndələrə yaxın), ey gözəl Mücib (övliyaullahların duasını qəbul edən), ey gözəl Həbib (bəndələrə ne”mət verib Öz itaətinə müvəffəq edən, razı olduğu dinə (Islama) hidayət edən), ey gözəl Kəfil (zamin), ey gözəl Vəkil, ey gözəl Mövla, ey gözəl Nəsir (köməkçi)!
      52. Ey ariflərin sevinc (səbəb)i, ey mühiblərin arzusu, ey müridlərin munisi, ey tövbə edənlərin dostu (həbibi), ey fəqirlərə ruzi yetirən, ey günahkarların ümidi, ey abidlərin (ibadət edənlərin) gözlərinin aydınlığı, ey qüssəlilərin qüssəsini dağıdan, ey qəmlilərin qəmini aradan aparan, ey əvvəl və axırdakıların mə”budu!
      53. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Rəbbimiz (bizi tərbiyə edən, ne”mət verən, xilqətimizi tamamlayıb kamala yetirən, sahibimiz), ey Mə”budumuz, ey Seyyidimiz, ey Mövlamız, ey Köməkçimiz, ey Hafizimiz (hifz edənimiz), ey Dəlilimiz (yol göstərənimiz), ey Köməkçimiz, ey Həbibimiz, ey Təbibimiz!
      54. Ey peyğəmbərlərin və yaxşı insanların Rəbbi, ey siddiqlərin və xeyirxah insanların Rəbbi, ey Cənnət və Cəhənnəmin Rəbbi, ey kiçiklərin və böyüklərin Rəbbi, ey dənələrin və meyvələrin Rəbbi, ey çayların və ağacların Rəbbi, ey səhraların və biyabanların Rəbbi, ey quru və sulu yerlərin Rəbbi, ey gecə və gündüzün Rəbbi, ey gizli və aşkar şeylərin Rəbbi!
      55. Ey əmri (fərmanı) hər bir şeydə nüfuz edən, ey elmi hər bir şeyə lahiq olan (birləşən), ey qüdrəti hər bir şeyə çatan, ey O Kəs ki, bəndələr ne”mətlərini sayıb qurtara bilməz, ey O Kəs ki, məxluqlar (ne”mətlərinin) şükrünün öhdəsindən gələ bilməz, ey O Kəs ki, şüurlar (fəhmlər) Sənin cəlalını dərk edə bilməz, ey O Kəs ki, şüur və vəhm qüvvəsi Sənin Zatına çatmaz, ey əzəmət və kibriya (Zatı) ilə birgə olan, ey O Kəs ki, bəndələr Sənin hökmünü geri qaytara bilməz, ey O Kəs ki, Sənin mülkündən başqa bir mülk yoxdur, ey O Kəs ki, Sənin ətandan başqa bir əta yoxdur!
      56. Ey O Kəs ki, ə”la məsəl Sənə məxsusdur, ey O Kəs ki,ə”la sifətlər Sənə məxsusdur, ey O Kəs ki, axirət və dünya Sənə məxsusdur, ey O Kəs ki, Cənnəti-Mə”va Sənə məxsusdur, ey O Kəs ki, böyük ayələr (əlamət və nişanələr, mö”cüzələr) Sənə məxsusdur, ey O Kəs ki, ən gözəl adlar Sənə məxsusdur, ey O Kəs ki, hökm və qəzavü-qədər (qəzavət) Sənə məxsusdur, ey O Kəs ki, hava və fəza Sənə məxsusdur, ey O Kəs ki, ərş və yer Sənə məxsusdur, ey O Kəs ki, uca asimanlar Sənə məxsusdur!
      57. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Əfüvv (sağlamlıq bəxş edən, üqubəti, intiqamı tərk edən), ey Ğəfur (bağışlaması çox olan), ey Səbur (üsyankarları cəzalandırmaqda tələsməyən), ey Şəkur (hətta azacıq itaətə də qiymət verən), ey Rəuf (Öz lütfləri ilə bəndələrə rəhimli, mehriban olan), ey Ətuf (mehr-məhəbbəti bəndələrinə başdan-ayağa şamil olan), ey Məs”ul (istənilən), ey Vədud (övliyaullahların qəlbində məhbub, sevilən, yaxud, saleh bəndələri sevən), ey Sübbuh (eyblərdən pak), ey Qüddus (müqəddəs)!
      58. Ey əzəməti asimanlarda olan, ey əlamət və nişanələri yerdə olan, ey hər bir şeydə dəlilləri olan, ey dəryalarda əcaibi (qəribəlikləri) olan, ey dağlarda xəzinələri olan, ey xilqəti başlayıb sonra qaytaran, sona çatdıran, ey O Kəs ki, bütün işlər Sənə tərəf qayıdır, ey lütfünü hər şeydə aşkar edən, ey hər bir şeyin xilqətini gözəl edən, ey qüdrəti bütün məxluqatda təsərrüf edən!
      59. Ey heç bir həbibi olmayanların həbibi, ey heç bir təbibi olmayanların təbibi, ey heç bir icabət edəni olmayanların icabət edəni, ey heç bir şəfiqi (şəfqət göstərəni) olmayanların şəfiqi, ey heç bir rəfiqi olmayanların rəfiqi, ey heç bir dad-fəryada çatanı olmayanların dad-fəryadına çatan, ey heç bir dəlili (yol göstərəni) olmayanların yol göstərəni, ey heç bir ənisi (üns tutanı) olmayanların üns tutanı, ey heç bir rəhm edəni olmayanların rəhm edəni, ey heç bir sahibi olmayanların sahibi!
      60. Ey Ondan kifayət (qənilik) istəyənlərə kifayət edən, ey (Ondan) hidayət olunmaq istəyənlərin hidayət edəni, ey (Ondan) hifz olunmaq istəyənlərin hifz edəni, ey (Ondan) qorunmaq istəyənləri qoruyan, ey (Ondan) şəfa istəyənlərə şəfa verən, ey (Ondan) qəzavət (hökm, mühakimə) istəyənlərin hökm edəni, ey (Ondan) qəni olmaq isəyənləri qəni (ehtiyacsız) edən, ey (Ondan) əhdə vəfa istəyənlərin əhdinə vəfa edən, ey (Ondan) qüvvəli olmaq istəyənləri qüvvəli edən, ey (Ondan) dostluq istəyənlərin dostu (vəlisi)!
      61. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Xaliq (xəlq edən), ey Raziq (ruzi verən), ey Natiq (danışan), ey Sadiq (doğruçu), ey Faliq (gecənin zülmətini gündüzün nuru ilə yaran), ey Fariq (haqla batili ayıran), ey Fatiq (ayıran, zülmü sındıran), ey Ratiq (birləşdirən), ey Sabiq, ey Samiq!
      62. Ey gecə və gündüzü bir-birinə çevirən, ey zülmətləri və nurları qərar verən, ey gölgəni və yandırıcı küləyi xəlq edən, ey günəşi və ayı (orbitlərdə) müsəxxər (ram) edən, ey xeyri və şəri müqəddər edən, ey ölümü və həyatı xəlq edən, ey əmr (metafizika, bəsitlər aləmi, həqiqi vəhdət)in və xəlqin (tədrici təkamül, çoxluq, hərəkət və zamanın) sahibi, ey Özü üçün həyat yoldaşı və övlad seçməyən, ey O Kəs ki, Sənin mülkündə heç bir şərik yoxdur, ey O Kəs ki, zillətə düşməzsən ki, zillətdən qurtaracaq bir vəliyy (qəyyum) olsun!
      63. Ey müridlərin muradını (istəyini) bilən, ey susanların batinindən agah olan, ey zəiflərin (ah) səslərini eşidən, ey hər şeyini itirənlərin hay-hay ağlamaqlarını görən, ey istəyənlənrin hacətlərinə malik olan, ey tövbə edənlərin üzrlərini qəbul edən, ey müfsidlərin (fitnə-fəsad törədənlərin) əməllərini islah etməyən, ey ehsan (yaxşı əməl) sahiblərinin əcrini zay etməyən, ey ariflərin qəlblərindən uzaq olmayan, ey ehsan edənlərin ən yaxşısı!
      64. Ey bəqası daim olan, ey duanı eşidən, ey ətası vüs”ətli olan, ey xətaları bağışlayan, ey asimanları vücuda gətirən, ey imtahanı gözəl olan, ey sənası (tə “rifi) cəmil (gözəl) olan, ey uca məqamı qədim (əzəli) olan, ey vəfası çox olan, ey cəzası (mükafatı) şərif olan!
      65. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Səttar (eybləri örtən), ey Ğəffar (günahları və eybləri örtən), ey Qəhhar (qəhri və qələbəsi çox olan), ey Cəbbar (məxluqun ixtiyarı olmayan bə”zi işlərə məcbur edən, onların hallarını, çatışmamazlıqlarını islah edən), ey Səbbar (həddindən artıq səbirli), ey Barr (sadiq, adəti ehsan olan), ey Muxtar (yaxşı bəndələrini seçən), ey Fəttah (kömək edən və ruzi qapılarınını açan), ey Nəffah (hərəkət verən), ey Murtah (rəhmət sahibi)!
      66. Ey məni xəlq edib, xilqətimi ədalətlə kamil edən, ey mənə ruzi verib tərbiyə edən, ey mənə təam verib su ilə sirab edən, ey məni Özünə yaxınladıb ən yaxşı yerdə qərar verən, Ey mənə ismət bəxş edib (günahdan saxlayaıb) kifayət edən, Ey məni hifz edib qoruyan, ey mənə izzət bəxş edib qəni edən, ey məni müvəffəq edib hidayət edən, ey mənimlə üns tutub pənah verən, ey məni öldürüb dirildən!  

    67. Ey Öz kəlmələri ilə haqqı izhar və təsbit edən, ey Öz bəndəlaərindən tövbəni qəbul edən, ey bəndənin qəlbi ilə onun özü (nəfsi) arasında fasilə salan, ey O Kəs ki, Səni iznin olmadan şəfaət fayda verməz, ey düz yoldan azanlara agah olan, ey O Kəs ki, hökmün üçün heç bir tə”qib edən yoxdur, ey O Kəs ki, qəzavətini rədd edən olmaz, ey O Kəs ki, bütün şeylər Sənin əmrin müqabilində mütidir, ey O Kəs ki, asimanlar Sənin qüdrət əlin ilə təsvir olunub, ey O Kəs ki, küləkləri Öz rəhmətin sayəsində müjdə olaraq göndərirsən!
      68. Ey yerləri açıb döşəmə qərar verən, ey dağları (yerin müvazinəti üçün) mıxlar qərar verən, ey Günəşi çıraq qərar verən, ey Ayı nur qərar verən, ey gecəni libas qərar verən, ey gündüzü (həyat fəaliyyətləri üçün) məaş qərar verən, ey yuxunu səbat və rahatlıq qərar verən, ey asimanı bina qərar verən, ey əşyaları cüt-cüt (erkək və dişi) qərar verən, ey cəhənnəm odunu pusqu qərar verən!
      69. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Səmi” (eşidilən və eşidilə bilməyən şeylərin Ondan gizli olmadığı), ey Şəfi” (şəfaət edən), ey Rəfi” (şərif, uca məqamlı), ey Məni” (övliyaullahları qoruyan, onlara kömək edən, yaxud məhrum olmağa layiq olanları məhrum edən), ey Səri” (hesablara sür”ətlə yetişən), ey Bədi” (nümunə olmadan icad edən), ey Kəbir (uca məqamlı və mənzilətli), ey Qədir (hikmətin iqtizası əsasında–nə əskik, nə də artıq–istədiyini hökm edən), ey Xəbir (olmuş və olacaq şeylərə alim olan, heç nəyin Ondan qaib olmadığı, heç nəyin Ondan fövtə getmədiyi, hər şeyin zatına, həqiqətinə agah olan), ey Mücir (pənah verən)!
      70. Ey bütün dirilərdən öncə diri olan, ey bütün dirilərdən sonra diri olan, ey heç bir diri tayı-bərabəri olmayan diri, ey heç bir dirinin şəriki olmadığı diri, ey heç bir diriyə ehtiyacı olmayan diri, ey bütün diriləri öldürən diri, ey bütün dirilərə ruzi verən diri, ey həyatda kimdənsə irs aparmayan diri, ey ölüləri dirildən diri (yuxulamayan və mürgüləməyən), ey Həyy, ey Qəyyum!
      71. Ey O Kəs ki, unudulmayan zikr Sənin üçündür, ey O Kəs ki, heç vaxt söndürülə bilməyən nur Sənin üçündür, ey O Kəs ki, sayılıb qurtara bilməyən ne”mətlər Sənin üçündür, ey O Kəs ki, zavala uğramayan mülk Sənə məxsusdur, ey O Kəs ki, saya gəlməyən tə”riflər Sənə məxsusdur, ey O Kəs ki, Sənin cəlalın bir haldan başqa hala keçmir, ey O Kəs ki, Sənin kamalını heç kəs dərk edə bilməz, ey O Kəs ki, Sənin hökmün (qəzavü-qədərin) geri qaytarılmaz, ey O Kəs ki, biri digəri ilə dəyişməyən sifətlər yalnız Sənə məxsusdur, ey O Kəs ki, dəyişilməyən gözəl, sabit sifətlər yalnız Sənə məxsusdur!
      72. Ey aləmlərin Rəbbi, ey Qiyamət gününün mütləq maliki (sahibi, padşahı), ey Onu istəyənlərin istəyinin son nöqtəsi, ey pənah axtaranların arxası, ey qaçanları tapan, ey səbirliləri sevən, ey çox tövbə edənləri sevən, ey paklıq istəyənləri sevən, ey ehsan sahiblərini sevən, ey hidayət olanlara agah olan!
      73. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Şəfiq, ey Rəfiq, ey Həfiyy (köməkçi və xeyirxah), ey Mühit (hər bir şeyə işraqı olan, elmlə əhatə edən), ey Müğis (pənah verən), ey Müizz (istədiyi yaxşı bəndələrə izzət bəxş edən), ey Müzill (istədiyi pis bəndələrə zillət libası geydirən), ey Mübdi (xilqətin başlanğıc səbəbi), ey Müid (xilqətin sona çatma səbəbi)!
      74. Ey ziddi olmayan Əhəd, ey şəriki olmayan Fərd, ey eybi olmayan Səməd, ey keyfiyyəti olmayan Vitr, ey zülm etməyən Qazi, ey vəziri olmayan Rəbb, ey zillət qəbul etməyən Əziz, ey fəqirliyi olmayan Ğəniyy, ey mülkündən (səltənətindən) kənarlaşdırılmayan Məlik, ey oxşarı olmayan Mövsuf (vəsf olunmuş)!
      75. Ey O Kəs ki, zikrin zikr edənlərə şərəfdir, ey O Kəs ki, şükrün şükr edənlərə nicatdır, ey O Kəs ki, həmd-sənan həmd edənlərə izzətdir, ey O Kəs ki, Sənə itaət etmək müti”lərə (itaət edənlərə) nicatdır, ey O Kəs ki, Sənin (rəhmət) qapın axtaranlara (istəyənlərə) açıqdır, ey O Kəs ki, Sənin yolun tövbə edib qayıdanlara aşkardır, ey O Kəs ki, Sənin ayələrin nəzər edənlərə bürhandır, ey O Kəs ki, Sənin kitabın müttəqilər üçün təzkiyədir, ey O Kəs ki, Sənin ruzin həm itaət edənlərə, həm də üsyankarlara şamildir (ümumudir), ey O Kəs ki, Sənin rəhmətin ehsan (yaxşı əməl) sahiblərinə yaxındır!
      76. Ey O Kəs ki, Sənin adın mübarəkdir, ey O Kəs ki, Sənin feyzin (əzəmətin) alidir, ey O Kəs ki, Səndən başqa bir mə”bud yoxdur, ey O Kəs ki, Sənin sitayişin (tə”rifin) cəlalətlidir, ey O Kəs ki, Sənin adların müqəddəsdir, ey O Kəs ki, Sənin bəqan davamlıdır, ey O Kəs ki, əzəmət Sənin ünsiyyətindir, ey O Kəs ki, kibriya Sənin (Zatını) əhatə edib, Ey O Kəs ki, Sənin (batini) ne”mətlərin saya gəlməz, ey O Kəs ki, Sənin zahiri ne”mətlərin saya gəlməz!
      77. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Müin (kömək edən), ey Əmin (əmin-amanlıq bəxş edən), ey Mübin (mö”cüzələri, ayələri bəyan edən), ey Mətin (hər şeyə qüdrəti çatan, qüdrətli), ey Məkin (uca məqamlı, əzəmətli), ey Rəşid (bəndələri, onların xeyirli işlərinə yol göstərən), ey Həmid (bütün məxluqat tərəfindən həmd və sənaya, tə”rifə layiq görülən), ey Məcid (məcd və əzəmət sahibi), ey Şədid (cəzalandırmaqda şiddətli, qüvvəsi şiddətli olan), ey Şəhid (heç nəyin Ondan qeybdə olmadığı Kəs)!
      78. Ey əzəmətli ərş sahibi, ey möhkəm və haqq söz sahibi, ey rəşid (kamala yetirən) fe”l sahibi, ey şiddətli bətş (sür”ətlə cəzalandırmaq) sahibi, ey və”d (xoş müjdə) və vəid (qorxulu müjdə sahibi), ey Vəliyy (ixtiyar sahibi və dost) və Həmid (bütün məxluqat tərəfindən tə”rifə layiq görülən), ey istədiyi görən işləri görməkdə Fə”al, ey uzaq olmayan Qərib, ey hər bir şeyə Şahid, ey Öz bəndələrinə zülm etməyən Kəs!
      79. Ey O Kəs ki, heç bir şərikin yoxdur, ey O Kəs ki, heç bir vəzirin yoxdu, ey O Kəs ki, heç bir bənzərin yoxdur, ey O Kəs ki, heç bir mislin yoxdur, ey günəşi və nurlu ayı xəlq edən, ey fəqir və şiddətli müsibət görəni (bədhalı, xovflu müflisi) qəni edən, ey səğir uşağa ruzi verən, ey ahıl qocaya rəhm edən, ey sınıqlıqları (sınıq sümükləri) bərpa edən, ey qorxub pənah axtaranların isməti (pənahı), ey Öz bəndələrinə xəbir və bəsir olan, ey hər bir işə qüdrətli olan!
      80. Ey cud və ne”mət sahibi, ey fəzl və kərəm sahibi, ey lövh və qələmin sahibi, ey nəfsləri və zərləri xəlq edən, ey əzab və cəza sahibi, ey ərəb və əcəmə ilham edən, ey bədhallığı və qəm-qüssəni (kədəri) aradan aparan, ey sirləri və niyyətləri bilən, ey beytin və hərəmin Rəbbi, ey əşyaları (şeyləri, varlıqları) yoxdan yaradan!
      81. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Fail (işləri görən), ey Cail (qərar verən), ey Qabil (qəbul edən), ey Kamil (Zatında və sifətlərində kamil), ey Fasil (ayıran), ey Vasil (çatdıran, yetirən), ey Adil, ey Ğalib (qələbə sahibi), ey Talib (tələb edən), ey Vahid!
      82. Ey Öz fəzl, qüdrət, vüs”ət və qəniliyi ilə ne”mət verən, ey Öz cudu (ehsan və kəraməti) inayət etməklə bəndəni ikram edən, ey Öz lütfü ilə ehsan edən, ey Öz qüdrətində izzətli (məğlubedilməz, yenilməz) olan, ey Öz tədbiri (hikmətli idarəçiliyi) ilə hökm edən, ey Öz elmi ilə tədbir edən, ey Öz helmi ilə bağışlayan, ey Öz Ülüvvündə yaxın olan, ey Öz yaxınlığında ülvi olan!
      83. Ey istədiyi şeyləri xəlq edən, ey istədiyi işləri edən, ey istədiyi (yaxşı bəndələri) hidayət edən, ey pis bəndələrdən istədiyini zəlalətə salan, ey günahkar bəndələrdən istədiyinə əzab verən, ey istədiyi şəxsləri bağışlayan, ey istədiyi bəndələrə izzət bəxş edən, ey istədiyi bəndələrə zillət paltarı geydirən, ey anaların bətnində istədiyi surətləri təsvir edən, ey Öz istədiyi bəndələrə rəhmətini şamil edən!
      84. Ey özü üçün həyat yoldaşı və övlad seçməyən, ey hər bir şey üçün qədər qərar verən, ey Öz hökmündə heç kəsi şərik etməyən, ey məlaikələri Rəsullar (göndərilənlər) qərar verən, ey asimanda bürclər qərar verən, ey yeri qərarlaşmış edən, ey sudan (nütfə suyundan) bəşər xəlq edən, ey hər bir şey üçün son (axır) qərar verən, ey elm cəhətindən hər bir şeyi əhatə edən, ey hər bir şeyin ədədini (qədərini) sayan!
      85. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Əvvəl (vücudda heç kəsin Ondan qabağa keçmədiyi), ey Axir (hər şeyin məhv olub, yaxud dəyişdiyi halda, Zatı və Sifəti dəyişilməyən), ey Zahir (vəhdaniyyət və rübubiyyətinə dəlalət edən nişanələr səbəbi ilə aşkar olan), ey Batin (məxluqatın göz və dərkindən gizlin olan), ey Bərr (sadiq, doğruçu, adəti ehsan olan), ey Həqq, ey Fərd (tək), ey Vitr (yeganə), ey Səməd (alicənablıqda ən yüksək məqamda olan və hamının möhtac olduğu kəs), ey Sərməd (qət olmayan, davamlı, əbədi)!
      86. Ey tanınmışların ən yaxşısı, ey ibadət olunan mə”budların ən fəzilətlisi, ey şükr olunan məşkurların ən cəlalətlisi, ey zikr olunan məzkurların ən izzətlisi, ey tə”rif olunan məhmudların ən ə”lası, ey tələb olunan mövcudların ən qədimisi (əzələsi), ey Vəsf olunan mövsufların ən uca məqamlısı, ey qəsd (niyyət) olunan məqsədlərin ən böyüyü, ey soruşulan (istənilən) məs”ulların ən kəramətlisi, ey tanınan məhbubların ən əşrəfi!
      87. Ey ağlayanların həbibi, ey təvəkkül edənlərin ağası, ey (xalqı düz yoldan) azdıranları hidayət edən, ey mö”minlərin vəlisi (ixtiyar sahibi), ey zikr edənlərin munisi, ey fəryad edən məzlumların pənahgahı, ey doğruçulara nicat verən, ey qadirlərin ən qüdrətlisi, ey alimlərin ən biliklisi, ey bütün məxluqatın ilahisi!
      88. Ey ali (uca məqam) olub qəhr edən, ey malik olub qüdrətli olan, ey batin olub agah olan, ey ibadət olunub şükr edən (əvəz verən), ey Ona qarşı üsyan edənləri (günahkarları) bağışlayan, ey O Kəs ki, fikirlər Səni dərk edə bilməz, ey O Kəs ki, gözlər Səni görə bilməz, ey O Kəs ki, heç bir iz Səndən gizli deyil, ey bəşərin ruzi verəni, ey hər bir qədəri (ölçünü) müqəddər edən!
      89. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Hafiz, ey Bare” (xəlq edən), ey Zare” (xəlq etdiyini izhar edən), ey Bazix (ali), ey Faric (fərəc və asudəlik, genişlik yetirən), ey Fateh, ey Kaşif (qəm-qüssəni aradan qaldıran), ey Zamin, ey Amir (əmr edən), ey Nahi (nəhy edən)!
      90. Ey O Kəs ki, Səndən başqa bir kəs qeybi bilmir;, ey O Kəs ki, Səndən başqa heç kəs bədhallığı (pisliyi) aradan qadırmır, 3y O Kəs ki, Səndən başqa bir kəs məxluqatı xəlq etmir, ey O Kəs ki, Səndən başqa bir kəs günahı bağışlamır, ey O Kəs ki, Səndən başqa bir kəs ne”mət tamamlamır, ey O Kəs ki, Səndən başqa bir kəs qəlbləri (yaxşılığa doğru) haldan-hala salmır, ey O Kəs ki, Səndən başqa bir kəs əmri (lövhü məhfuzdakı işləri) tədbir etmir, ey O Kəs ki, Səndən başqa bir kəs yağış nazil etmir, ey O Kəs ki, Səndən başqa bir kəs bəndələrə ruzi vermir, ey O Kəs ki, Səndən başqa bir kəs ölüləri diriltmir!
      91. Ey zəiflərin köməkçisi, ey qəriblərin sahibi (həmsöhbəti), ey övliyalara nüsrət əta edən, ey düşmənlərə qəhr edən (qalib olan), ey səmanı ucaldan, ey seçilmiş bəndələrin ənisi, ey pak, təqvalı (təqiyy) insanların həbibi, ey fəqirlərin xəzinəsi, ey qənilərin ilahisi, ey kərimlərin ən kərimlisi!
      92. Ey (yaxşı bəndələrini) hər şeydən kafi (qəni) edən, ey hər şeyə qaim (nəzarətçi), ey O Kəs ki, heç nə Sənə bənzəmir, ey O Kəs ki, Sənin mülkündə heç bir şey artmır, ey O Kəs ki, heç nə Sənə məxfi deyil, ey O Kəs ki, heç nə Sənin xəzinələrini azaltmır, ey O Kəs ki, heç bir şey Sənin mislin deyil, ey O Kəs ki, Sənin elmindən bir şey azalmır (aradan getmir), ey O Kəs ki, hər bir şeyə xəbərdarsan, ey O Kəs ki, Sənin rəhmətin hər şeyi əhatə etmişdir!
      93. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Mükrim (ikram edən, əzizləyən), ey Müt”im (təam verən), ey Mün”im (ne”mət verən), ey Mü”ti (əta edən), ey Müğni (qəni edən), ey Müqni (əta edən), ey Müfni (fani edən), ey Mühyi (dirildən), ey Mürzi (razı edən), ey Münci (nicat verən)!
      94. Ey hər şeyin əvvəli və axırı, ey hər şeyin ilahisi və məliki, ey hər şeyin Rəbbi və düzəldəni, ey hər şeyin yaradanı və xaliqi, ey hər şeyin qabizi (hikmət əsasında bə”zi şeydən məhrum edəni) və basiti (Öz rəhmət və bəxşişi ilə hər şeyə ruzi müqəddər və vüs”ətli edən), ey hər şeyi icad edib sona çatdıranı, ey hər şeyi inşa və müqəddər edəni, ey hər şeyi vücuda gətirib və hərəkət və qüvvə verəni, ey hər bir şeyi dirildib və öldürən, ey hər bir şeyin xaliqi və varisi!
      95. Ey zakir və məzkurun ən yaxşısı, ey şakir və məşkurun ən yaxşısı, ey hamid (həmd və tə”rif edənin) və məhmudun (tə”rif olunanın) ən yaxşısı, ey şahid və məşhudun ən yaxşısı, ey çağıran və çağırılanın ən yaxşısı, ey icabət edən və icabət olunanın ən yaxşısı, ey munis və ənisin ən yaxşısı, ey sahib və yoldaşın ən yaxşısı, ey qəsd olunan və tələb olunanın ən yaxşısı, ey həbib və məhbubun ən yaxşısı!
      96. Ey Onu çağıranlara cavab verən (icabət edən), ey Ona itaət edənlərə həbib, ey Onu sevənlərə yaxın, ey Ondan hifz olunmaq istəyənlərin keşikçisi, ey Ona ümid bəsləyənlərə kərim, ey Ona qarşı üsyan edənlər həlim, ey Öz əzəmətində rəhim, ey Öz hikmətində əzəmətli, ey Öz ehsanında qədim (əzəli), ey Onu istəyənlərə elmli!
      97. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Müsəbbib (bütün işlərə səbəb yaradan), ey Mürəğğib (yaxşı işlərə rəğbətləndirən), ey Müqəllib (qəlbləri haldan-hala salan), ey Müəqqib (tə”qib edən), ey Mürəttib (tərtibə salan), ey Müxəvvif (qorxudan), ey Mühəzzir (bər həzər edən, qorxudan), ey Müzəkkir (yada salan, xatırladan), ey Müsəxxir (ram edən), ey Müğəyyir (dəyişdirən)!
      98. Ey elmi (hər şeyə) şamil olan, ey və”dəsi sadiq olan, ey lütfü zahir olan, ey əmri qalib olan, ey kitabı möhkəm olan, ey qəzası (hökmü) gerçəkləşən, ey Qur”anı məcid olan, ey mülkü qədim olan, ey fəzli ümumi olan, ey ərşi əzəmətli olan!
      99. Ey O Kəs ki, (bir şeyi) eşitmək (başqa şeyi) eşitməyə mane olmaz, ey O Kəs ki, bir işi (fe”li) görmək başqa iş görməyə mane olmaz, ey O kəs ki, bir danışıq başqa danışığın qarşısını almaz, ey O Kəs ki, bir sual Səni o biri sualda səhvə salmaz, ey O Kəs ki, bir şeyi (görmək) o bir şeyi görməyə mane olmaz, ey O Kəs ki, sual edənlərin (istəyənlərin) suallarının çoxluğu Səni aciz etməz, ey O Kəs ki, Sən müridlərin muradının sonusan, ey O Kəs ki, Sən ariflərin sə”ylərinin son nöqtəsisən, ey O Kəs ki, tələb edənlərin tələblərinin sonusan, ey O Kəs ki, aləmdə heç bir zərrə Səndən gizli deyil!
      100. Ey tələsməyən Həlim (helmli), ey paxıllıq etməyən Cəvad (bəxşiş sahibi), ey (və”dəsinə xilaf etməyən) Sadiq, ey (əta etdiyini geri almayan (yaxud əta etdiyindən peşman olmayan) Vəhhab, ey məğlub olmayan Qahir, ey (layiqincə) vəsf edilə bilməyən Əzim, ey zülm etməyən Adil, ey heç nəyə ehtiyacı olmayan Ğəni, ey kiçilməyən Kəbir, ey hifz etdiyi şeylərdən qafil olmayan Hafiz!
    Pak və münəzzəhsən, Səndən başqa heç bir mə”bud yoxdur, pənah ver bizə, pənah ver bizə, bizi oddan xilas et, ey Rəbb!

    Əlhəmdu lillahi Rəbbil aləmin

    Axtar
    Təqvim
    «  Aprel 2024  »
    B.eÇ.aÇC.aCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930
    Linklər