Главная » 2008 » Yanvar » 21 » Dagistandan Azerbaycana radikal dini edebiyyat getirilir
23:09 Dagistandan Azerbaycana radikal dini edebiyyat getirilir |
DAĞISTANDAN AZƏRBAYCANA RADİKAL DİNİ ƏDƏBİYYAT GƏTİRİLİR
“Azərbaycanın şimal sərhədlərindən ölkəyə külli miqdarda radikal dini ədəbiyyat keçirilir”. Bu barədə “Trend”ə Dini İşlər üzrə Dövlət Komitəsinin nümayəndəsi Eynulla Nurullayev bildirib. Nurullayevin dediyinə görə, bu ədəbiyyat anti-İslami xarakter daşıyır və radikal vəhhabiliyi təbliğ edir. Onun bildirdiyinə görə, ölkəyə gətirilən bütün dini kitablar müvafiq ekspertizadan keçməlidir. Amma Azərbaycan gömrüyündə vəziyyət elədir ki, bir çox hallarda bu tip kitabların ölkəyə gətirilməsində qaçaqmalçılar üçün çətinlik yaşanmır. Məsələn, bir qədər əvvəl MTN-in Xudat şəhər sakini Şaban Eyvazovun evində keçirildiyi əməliyyat zamanı külli miqdarda kitab ələ keçirilmişdi. Araşdırma zamanı məlum olmuşdu ki, bu kitabların hamısı Xudata Dağıstandan gətirilib. Yeri gəlmişkən xatırladaq ki, ölkə ərazisində dini ədəbiyyat Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı ilə nəşr edilə bilər. Dini ədəbiyyata bu qurum rəy verməlidir. SƏBUHİ |
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 1398 |
Добавил: al-shia
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|