Главная » 2008 » Fevral » 14 » TÜRKİYEDE BAŞ ÖRTÜYÜ DÜZELİŞİ PREZİDENTE TEQDİM EDİLİB
14:16 TÜRKİYEDE BAŞ ÖRTÜYÜ DÜZELİŞİ PREZİDENTE TEQDİM EDİLİB |
Abdullah Gülün mövqeyi müəyyən deyil, Konstitusiya Məhkəməsi isə qərarı ləğv edə bilər
Türkiyədə parlamentin ötən həftə qəbul etdiyi universitetlərdə baş örtüyünə qoyulmuş qadağanın ləğvinə dair Konstitusiya düzəlişləri təsdiqlənmək üçün prezidentə təqdim edilib. Konstitusiyanın iki maddəsində AKP və MHP-dən olan millət vəkillərinin səsləri ilə qəbul edilmiş düzəliş tələbə qızların dərsə baş örtüyü ilə gəlməsinə imkan verən hüquqi bazanı yaradır. Qadağanın tam ləğvi üçün ali təhsil haqda qanunda da dəyişiklik edilməlidir. Xəbər verildiyi kimi, bu düzəliş Türkiyə cəmiyyətində birmənalı qarşılanmır. Bir çoxları hesab edir ki, universitetlərdə baş örtüyü dünyəvi dövlətin əsaslarını sarsıdacaq. Düzəlişə qarşı çıxanlar arasında Türkiyə Vəkillər Kollegiyası da var. Kollegiyanın başqanı Özdəmir Özok prezident Abdullah Güllə görüşlərində narahatlıqlarını ona çatdırıb. Görüşdən sonra o deyib ki, prezidentin düzəlişə imza atıb-atmayacağı məlum deyil: “Prezident mənə bildirdi ki, bu məsələdə mövqeyini tam qətiləşdirməyib, düşünüb qərar verəcək”. Əgər prezident düzəlişi imzalasa, o, rəsmi qəzetdə dərc edildiyi gündən qüvvəyə minəcək. Ancaq prezidentin düzəlişə veto qoyub təkrar parlamentə geri göndərmək səlahiyyəti də var. Abdullah Gülün düzəlişi təsdiqləyəcəyinə şübhə edənlər azdır. Lakin baş örtüyü məsələsinin müsbət həlli daha çox Konstitusiya Məhkəməsinin qərarından asılı olacaq. Belə ki, Ana Müxalifət Partiyası CHP düzəlişdən Konstitusiya Məhkəməsinə şikayət verməyə hazırlaşır. Məhkəmə üzvlərinin hamısı keçmiş prezident Əhməd Necdət Sezər tərəfindən təyin olunub və dünyəvi dövlət prinsiplərinin qatı müdafiəçiləri sayılırlar. Düzəliş hələ qüvvəyə minməsə də, bəzi universitetlər artıq qapılarını baş örtüyü olan tələbələrə açıblar. Siyasət şöbəsi /musavat.com/
|
Категория: Dünyada |
Просмотров: 1293 |
Добавил: al-shia
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|