Главная » 2008 » Mart » 1 » İRANIN QUM ŞEHERİNDE XOCALI QURBANLARI ANILDI
17:20 İRANIN QUM ŞEHERİNDE XOCALI QURBANLARI ANILDI |
İslam-Azerinin Yeni Şərq araşdırmalar mərkəzinin rəsmi saytına istinadən verdiyi xəbərə görə: 27 fevral 2008-ci il tarixində İranın Qum şəhərində dini təhsil alan azərbaycanlı tələbələr Xocalı faciəsinin 16-cı ildönümü günü münasibətilə böyük tədbir keçirmişlər. 4 saata yaxın sürən tədbirdə tələbələrdən Hüseyn Əliyev, Araz Sadıqov, Vüsal Hüseynzadə və digərləri çıxış etmişlər. Xocalı faciəsi barədə danışan natiqlər hadisənin faciəvi tərəflərindən söz açmış, işğalçı və təcavüzkarlarla mübarizədə və düşmənə qarşı nifrət yaradılmasında Aşura məktəbinin müstəsna rolu olduğunu vurğulamışlar.
Tədbirdə 150-dən artıq tələbə ailəvi surətdə iştirak etmiş, sonda şəhidlərin ruhuna ehsan verilmişdir.
Xatırladaq ki, bu, Xocalı faciəsinin hər il mütəmadi olaraq Qum şəhərində dini təhsil alan azərbaycanlı tələbələr tərəfindən yad edildiyi beşinci ildir. Ötənilki tədbirə ölkəmizin İrandakı səfiri cənab Abbasəli Həsənov da qatılmışdı. Xocalı faciəsinin anım mərasimlərində azərbaycanlılarla yanaşı, iranlı, türkiyəli, iraqlı və s. ölkələrdən olan tələbələr də iştirak edirlər.
Ancaq demək olarki, bir çox KİV-lər bu haqda hansısa məqsədlərə görə, bu xəbəri yaymadılar... /islam-azeri/
|
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 1258 |
Добавил: al-shia
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|