Çerşenbe axşamı, 03.12.2024, 20:37
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Mart » 8 » HAKİMİYYETDE MENEVİYYAT PROBLEMİ
    18:37
    HAKİMİYYETDE MENEVİYYAT PROBLEMİ
    haci ilqarDoğrudan da mənəviyyat çox geniş bir anlamdır. Hər bir kəsin mövcudluğu və şəxsiyyəti bilavasitə onun mənəviyyatı ilə bağlıdır. Əgər insan bilərəkdən, yaxud bilməyərəkdən fərdi şəkildə mənəviyyata xələl gətirəcək bir hərəkət edirsə, günah iş görürsə bu, onun özünə və yaxın ətrafına təsir göstərir. Amma hər hansı dövlət rəsmisinin, məmurun, millət vəkilinin xətası, mənəviyyata, əxlaqa, dövlətçilik prinsiplərinə zidd hərəkətləri bütövlükdə cəmiyyəti zərbə altında qoya bilər. Ona görə də mütəxəssislər hesab edirlər ki, məmurlar mənəvi cəhətdən pak, təmiz, imanlı, əqidəli, olmalıdırlar ki, sadə insanlar onlardan nümunə götürə və bütün bu dəyərləri özlərində ehtiva edə bilsinlər. Təəssüflər olsun ki, bugünkü gündə sadaladığımız mənəvi paklığı, əqidəliliyi, fəaliyyətində düzgünlüyü hər bir məmura şamil etmək olmaz. Bunu sabiq Bakı meri Rəfael Allahverdiyevin, deputat Əhəd Əhmədovun, Sabunçu rayonunun keçmiş polis rəisi Rza Hacıyevin və digər yüksək ranqlı məmurların həyatında cərəyan edən hadisələrlə əsaslandırmaq o qədər də çətin deyil. Bir müddət əvvəl Ə.Əhmədovun ailə üzvləri barəsində ifşaedici fotoşəkillərin yayılacağı ilə bağlı hədələnməsi, ailədaxili münaqişəyə görə qayınatası tərəfindən deputatın məhkəməyə verilməsi, bununla belə, R.Hacıyevin qanunsuz əməllərinin, malk-mülklərinin, biznes strukturlarının üzə çıxması, ailə üzvlərindən birinin xəyanət edərək ev sürücüsünə qoşulub qaçması və bu zaman rəisin evinin yağmalanması cəmiyyətdə geniş rezonans doğurdu. Deyilənlərə görə, hətta ölkə rəhbəri hadisəyə tamamilə doğru və prinsipial mövqedən yanaşaraq, «Öz evini, ailəsini qoruya bilməyəndən bir rayona rəis olmaz!» - deyərək, R.Hacıyevi vəzifədən kənarlaşdırıb.
    Bu mövzuya toxunmaqda əsas məqsədimiz adını çəkdiyimiz və çəkmədiyimiz şəxslərin ailədaxili çəkişmələrini səhifələrimizdə işıqlandırmaq yox, hakimiyyətdə təmsil olanların mənəviyyat məsələsilə bağlı problemlərini üzə çıxarmaqdır.
    Məsələyə münasibət bildirən ilahiyyatçı-filosof, ictimai xadim Hacı İlqar İbrahimoğlu hesab edir ki, Azərbaycanın məmur tayfası heç vaxt insanlara mənəvi nümunə kimi görünməyiblər: «Korrupsiyaya, rüşvətə bulaşmış, mənəviyyatı puç məmur təbəqəsinin əxlaqının kimlərəsə nümunə ola biləcəyini düşünmürəm. Yəni bu çirkablar bataqlığına batan hakimiyyətdən, məmur təbəqəsindən hansı mənəviyyatı gözləmək olar. Ona görə də bunu onlardan uman da yoxdur. Bu isə hakimiyyətdə mənəviyyat məsələsinin nə dərəcədə aşınmaya məruz qaldığının əsas göstəricisidir. Təəssüf ki, bu gün sovet dönəmindən qalan dini məmuriyyətdə mənəvi güclülük hiss olunmur. Belə olan halda digərilərinin də mənəviyyat məsələlərinə rəğbəti yoxa çıxır, onlarda bir arxayınçılıq yaranır və ən nalayiq hərəkətlərə belə, yol verməkdən çəkinmirlər».
    Mövcud problemin aradan götürülməsində mömünlərin, din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü dilə gətirən Hacı İlqar İbrahimoğlu bunları dedi: «Mənəviyyat məsələsində ilk nümunə olan kəslər dindarlar və mömünlər olmalıdır. Və bu həssas məsələyə onlar məsuliyyətlə yanaşmalı, vəzifələrinin fərqinə daha çox varmalıdırlar. Fikrimcə, bir toplumun mömin və dindarları daha diqqətli və daha məsuliyyətli olsalar, bunun bütün toplumlara müsbət təsir göstərəcəyi şübhəsizdir».
    Nəbz qəzeti


    Категория: Müsahibe | Просмотров: 1392 | Добавил: al-shia | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Mart 2008  »
    B.eÇ.aÇC.aCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31
    Linklər