Главная » 2008 » Mart » 17 » ISLAMA QAr$I YENI HUCUM
10:42 ISLAMA QAr$I YENI HUCUM |
İSLAMA QARŞI NÖVBƏTİ HƏQARET
Alman şirkəti qapaqları üzərində məscid şəkli olan pivə buraxıb
Almaniyanın Bielefed şəhərində yerləşən bir pivə fabriki pivə şüşəsinin qapağına məscid şəklini qoyara satışa çıxarmışdır. Həmin şəhərdə aylıq və türkcə olaraq nəşr edilən "Öztürk" qəzetinin verdiyi xəbərə görə, satışa çıxarılan pivə bölgədəki müsəlmanların hiddətinə səbəb olmuşdur. Qəzet başlıqda verdiyi xəbərində pivə şüşəsinin qapağında məscid rəsmi, qəhvə fincanı, "Türkiyə və şərəfə" yazısına yer verib. Oxucular əllərində pivə şüşəsi ilə ofisə gəlib şikayət edəndən sonra "Öztürk" öz hüquq məsləhətçisi vəkil Həsrət Tuncel vasitəçiliyi ilə oxucuların şikayətlərini pivə fabrikinə çatdırıblar. Çox keçmədən Almaniyanın pivə şirkəti olan "Herforder Brauerei Gmbh and Co.KG" tərəfindən yazılı açıqlama yayılaraq üzürxahlıq edilmişdir.
Şirkət qapağın üzərinə məscid şəklini yapışdırmalarını belə izah etmişdir: "2008- Avropa çempionatı münasibətilə bu il pivə qapaqlarımızda, çempionatlarda iştirak edəcək komandaları simvollaşdırmaq üçün belə bir addım atdıq. Reklam agentliyimiz İspaniya üçün öküzü, Fransa üçün Eyfel qülləsini, Türkiyə üçün isə Ayasofiya məscidini seçməyimizi tövsiyə etdi. Məqsədimiz hər hansı bir mədəniyyəti və inancı təhqir etmək deyildi".
|
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 1220 |
Добавил: media-islam
| Рейтинг: 2.0/1 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|