Главная » 2008 » Mart » 17 » İRANLI GENERALDAN XeBeRDARLIQ
14:43 İRANLI GENERALDAN XeBeRDARLIQ |
İran İslam Respublikası Silahlı Qüvvələri Ali Baş Qərargahının Rəis-müavini General-Mayor Seyyid Məsud Cəzairi: İran Silahlı qüvvələri daim əcnəbilər və bədxah dövlətlərin qarşısında tam qüdrətlə dayanır . İslam-Azeri-nin İrib-ə istinadlı xəbərinə görə General-Mayor Seyyid Məsud Cəzairi bazar ertəsi günü bir müsahibədə deyib : "Düşmənlərin tam fəaliyyətlərini dəyərləndirmək və onları nəzarət altında saxlamaq səbəb olacaq ki ,İran dövlətinin bədxahları xalqımızın möhkəm müqaviməti ilə üz-üzə dayanıb geri çəkilməyə məcbur olsunlar" . Cəzairi habelə ABŞ ilə Sionist Rejimin İİR qarşısında uğursuzluğa uğramalarına toxunaraq deyib : ABŞ hökuməti hegemonçu istəklərinə nail olmaqda külli miqdara vəsait ayırmasına baxmayaraq müxtəlif uğursuzluqlara üz-üzə dayanıb. İranlı general Seyyid Məsud Cəzairi bu uğursuzluqların nəticələrini Sionist Rejimin Livana qarşı 33-günlük təcavüzdə müvəffəqiyytsizliyə uğramasında habelə İraq və Əfqanıstanda ABŞ əsgərlərinin bataqlığa ilişib qalmalarında həmçinin İranın sülhməramlı nüvə fəaliyyətləri kimi nailiyyətlərində təsirini görmək olduğunu önə çəkib.
|
Категория: Dünyada |
Просмотров: 1201 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|