Cüme axşamı, 21.11.2024, 19:42
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 6
    Qonaq: 6
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Aprel » 2 » Üçüncü mesum
    16:03
    Üçüncü mesum
    İslam və Quran tərbiyəsi ilə böyüyən Xədicə, Fatimə və Zeynəb kimi şəxsiyyətlərlə İslamın qadınlara verdiyi böyük qiymət nümayiş etdirilir
    Adı: Fatimə (ə)
    Atasının adı: Məhəmməd (s.ə.s)
    Anasının adı: Xədicə (ə)
    Təvəllüdü: 20 Cəmadüs-sani, cümə günü, besətin beşinci günü
    Doğulduğu yer: Məkkə
    Şəhadət ili: Hicri 11-ci il
    Dəfn olunduğu yer: məlum deyil.

    Tarixə nəzər saldıqda görürük ki, qadından qədim xalqlarda bir əmtəə kimi istifadə olunur və əmtəə kimi də heyvanlarla dəyişdirilirdi. İslamdan əvvəl cahiliyyət dövründə isə qadınları bədbəxtlik səbəbi hesab edir, buna görə də qız uşaqlarını diri-diri basdırırdılar.

    Amma İslam dini belə inam və fantaziyalarla zidd olduğuna görə Həzrət Peyğəmbər (s.ə.s) həmişə cahiliyyət millətinin fikri və əməlləri ilə mücadilə edirdi. O, qadınların da kişilər kimi insan olduqlarını, onların da insanlıq imtiyaz və hüquqlarından istifadə edə bilmələrinin zəruriliyini və heç kəsin qadınları təhqir etmək haqqına malik olmadığı fikrini müdafiə edirdi.

    İslam və Quran tərbiyəsi ilə böyüyən Xədicə, Fatimə və Zeynəb kimi şəxsiyyətlərlə İslamın qadınlara verdiyi böyük qiymət nümayiş etdirilir. Bütün əsrlərin qadınları üçün örnək olmalı belə misilsiz qadınların yetişməsi qadın olmağın həqiqi mənasını ifadə edir.

    Həzrət Fatimə (ə) Peyğəmbərin (s.ə.s) qızı, Əli əleyhissalamın xanımı, Həsənin (ə), Hüseynin (ə) və Zeynəbin (ə) anasıdır.

    Təvəllüdü:

    Həzrət Zəhranın doğumu əsnasında Allahın Peyğəmbəri (s.ə.s) Xədicəyə (ə) belə buyurdu: «İndi Cəbrayıl mənə muştuluq verdi ki, pak və gül kimi bir qız uşağımız olacaqdır ki, bütün imam və məsum rəhbərlər onun nəslindən gələcək».

    Həzrət Fatimə (ə) besətdən beş il sonra Cəmadüs-sani ayının iyirmisində, cümə günü Məkkə şəhərində dünyaya göz açdı. O vaxtlar Qüreyş hələ Kəbənin binasını yenidən tikdirirdi.

    Tərbiyəsi:

    Həzrət Fatimə (ə) nübüvvət və risalət evində tərbiyə alıb Peyğəmbərin (s.ə.s) elmindən faydalandı. Quranı Peyğəmbərin (s.ə.s) dilindən eşidib öyrənir, həmişə özünü ən yaxşı və nümunəvi şəkildə tərbiyə edirdi.

    Bir gün Aişə Peyğəmbərə (s.ə.s) belə bir sual verdi: Nəyə görə Fatiməni bu qədər sevirsən? O, içəri girdiyi vaxt onun üçün ayağa qalxır, yanında oturdub əlini öpürsən?

    Peyğəmbər (s.ə.s) cavabında belə buyurdu: «Ey Aişə! Əgər mənim onu nə üçün sevdiyimi bilsən, sən də onu mənim qədər sevərsən».

    Peyğəmbərimiz (s.ə.s) Həzrət Fatiməni öz bədəninin bir hissəsi hesab edib həmişə belə buyurardı: «Fatimə mənim bədənimin bir hissəsidir, hər kəs ona əziyyət etsə, mənə əziyyət edibdir, hər kəs onu sevindirsə, məni sevindiribdir». /ANSPRESS/
    Категория: Cümə söhbətləri | Просмотров: 1289 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər