Главная » 2008 » Aprel » 12 » ILK MESCid
|
Kanadanın kiçik şəhərciyi İnuvikin ərazisinin torpaq sahəsində Kanada Arktikasında birinci məscidin bünövrə yeri olacaqdır. Bu məqsəd üçün artıq 40 min dollar pul yığılmışdır
Yerli müsəlman assosiasiyasının sədri Səyid Daxer bildirir ki, məscidə 100 nəfər ibadət edən yerləşə biləcək. Onun eyni zamanda inzibati təşkilat işləri ilə məşğul olmaq üçün əlavə yeri olacaqdır,- deyə islam.news xəbər verir.
Əvvəllər müsəlmanlar birotaqlı mənzili məscidə bənzədib, orda namaz qılmağa məcbur idilər. Ancaq çox tez zamanda möminlərin sayının artmasına görə yer çatmadı. Artıq 2001-ci ildə 3500 nəfər sakini olan bu şəhərin 45 nəfəri müsəlman idi. Şimal-cənub ərazisində isə onların sayı 175 nəfərə çatırdı. Bu gün isə həmin rəqəm daha yüksəkdir, deyə Səyid Daxer bildirir.
Həmin birotaqlı mənzildə namaz qılanlardan biri olan M.Muhəmməd bu məscidin təşkil olunmasından xüsusi fərəh hissi duyur: "Biz çoxdan bəri bu məscidi arzu edirdik. Bax indi bizim arzumuz həyata keçir".
Onu da qeyd edək ki, Rusiya Arktikasında artıq bir neçə məscid fəaliyyət göstərir. (İslam.ru)
|
Категория: Dünyada |
Просмотров: 1187 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|