Главная » 2008 » Aprel » 14 » AYET. TESXİRİ İSLAMİ BİRLİK ESASNAMESİNİN HAZIRLANDIĞINI BİLDİRİB
16:16 AYET. TESXİRİ İSLAMİ BİRLİK ESASNAMESİNİN HAZIRLANDIĞINI BİLDİRİB |
İslam Məzhəbləri Yaxınlaşdırma Assambleyasının baş katibi İslami Vəhdət əsasnaməsinin işlənilib hazırlanmasından xəbər verib. İRNA-nın məlumatına görə, Ayət. Məhəmmədəli Təsxiri şənbə günü İslamabad şəhərində Pakistanın tanınmış şiə və sünni alimləri ilə görüşü zamanı etdiyi çıxışda həmin əsasnamədə islami məzhəblər arasındakı ortaqlıqların nəzərə alındığını və islam dünyasında məzhəbləri bir-birinə artıq yaxınlaşdırmanın real yollarının təqdim olunmasını bildirmişdir. Ayət. Təsxiri İslam İnqilabının Rəhbərinin islam dünyasının birliyi istiqamətində ciddir tədbirlər üzərindəki təkidlərinə toxunaraq deyib: İslam Məzhəblərini Yaxınlaşdırma Assambleyası, Həzrət Ayətullah əl-Üzma Xameneinin göstərişləri istiqamətində islam dünyasında birliyə gətirib çıxaran fəaliyyətlərlə məşğuldur və vəhdət əhdnaməsinin və islam birliyi əsasnaməsinin hazırlanması da həmin fəaliyyətlər sırasındadır. Ayətullah Təsxiri islam dünyasında təfriqə törətmək və islam ümmətini Qurandan uzaqlaşdırmanın imperializmin əsas məqsədlərindən olduğunu bildirərək təkid etmişdir ki, İslam İnqilabının zəfər çalması imperializmin islam dünyasında ayrılıq və təfriqə salmaq niyyətlərinin, o cümlədən İranla Pakistanda izlədiyi nəhs intriqalarının müvəffəqiyyətsizliyə uğraması ilə nəticələndi. xeberden istinad vacibdir |
Категория: Dünyada |
Просмотров: 1275 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|