Главная » 2008 » Aprel » 16 » MUSELMANLAR QERB HAQQINDA NE FIKIRLE$IRLER?
16:06 MUSELMANLAR QERB HAQQINDA NE FIKIRLE$IRLER? |
Müsəlman və Qərb cəmiyyətinin konflikti o qədər də qaçılmaz deyildir
İslam.ru xəbər verir ki, 11 sentyabr hadisələrindən sonra islam dünyası haqda çox sözlər deyilmişdir, ancaq müqayisə etsək, müsəlmanların Qərb haqqındakı düşündükləri şeylər çox az məlumdur. Dünyada ictimai rəyi öyrənmək sahəsində tanınmış liderlərdən olan «Gallup» 6 il ərzində 35 müsəlman ölkəsində 50000-dən çox insan arasında sorğu keçirmişdir. Nəticə etibarilə, islam dünyasının kompleks sosioloji təhqiqatı aparılmışdır. "The Globe and Mail"-ın yazdığı kimi, "Kim İslama görə cavabdehdir? Həqiqətdə milyardla müsəlman nə fikirləşir" başlıqlı kitabda dərc edilən nəticələr kifayət qədər maraqlı alındı. İndi məlum oldu ki, müsəlmanlar Qərbi necə qəbul edirlər və hər iki tərəfin münasibətlərindəki əsas problem hansılardır. "Müsəlman və Qərb cəmiyyətinin konflikti o qədər də qaçılmaz deyildir,- həmmüəllif Daliya Moqaxed deyir, - Bu çox ehtimal ki, siyasətdir, nəinki prinsiplər. Antiamerikan və antibritaniya meyllərinin yayılmasına baxmayaraq, bütün dünyanın müsəlmanları doğurdan da Qərbin bəzi şeylərinə müsəbət yanaşırlar. Məsələn söz azadlığı, demokratiya, texniki tərəqqi və biliklərə yol tapmaq kimi dəyərlər müsəlmanlar tərəfindən rəğbətlə qarşılanır. Qərbin bəzi dəyərlərinə müsbət yanaşan müsəlmanlar, eyni zamanda Qərb tərəfindən edilən hörmətsizlikləri də vurğulayırlar. Buraya müsəlman torpaqlarına təcavüz, bədnam karikatura olayları və digər təhqirlər aiddir. Müsəlmanlar onlara qarşı qeyri-tolerant davranışdan, zaman-zaman psixoloji gərginliklərin yaşanmasından, mənəvi hücumlardan narahatdırlar. Amma ABŞ-da aparılan tədqiqatlar, burada KİV-lərin dayanıqlı islamofobiya yaymasını büruzə vermişlər. Bəlli oldu ki, amerikalılar müsəlmanların çox az hissəsinin tərəfini saxlayır. Sorğu aparılmış amerikalıların yalnız 34%-nin müsəlmanlara qarşı heç bir mənfi rəyi yoxdur.
|
Категория: Dünyada |
Просмотров: 1638 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|