Главная » 2008 » Aprel » 21 » PAKİSTANIN AFQANISTANDAKI SEFİRİ VAHHABİLER TEREFİNDEN GİROV GÖTÜRÜLÜB
16:03 PAKİSTANIN AFQANISTANDAKI SEFİRİ VAHHABİLER TEREFİNDEN GİROV GÖTÜRÜLÜB |
Pakistanın Əfqanıstanda fövqəladə və səlahiyyətli səfiri Tarik Əzizuddin “Taliban” döyüşçüləri tərəfindən girov götürülüb
Dünən “Al-Arabia” telekanalı Pakistan səfirinin videomüraciəti yayımlayıb. Səfir Pakistan hökumətindən “Taliban” rəhbərliyinin tələblərini yerinə yetirməyi xahiş edib. Terrorçuların onunla normal davrandığını bildirən Tarik Əzizuddin səhhətində bəzi problemlərin olduğunu söyləyib: “Məni “Taliban” mücahidləri girov götürüblər. Dünəndən etibarən təzyiqimin artması və ürək nahiyəmdə ağrılarla bağlı narahatlıq hiss edirəm”. Qeyd edək ki, səfir Tarik Əzizuddin bu ilin fevral ayında Pişəvərdən Kabilə gedərkən itkin düşüb. Onun taleyi barədə yalnız bu günlərdə dəqiq məlumat əldə etmək mümkün olub. /APA/
|
Категория: Dünyada |
Просмотров: 1231 |
Добавил: al-shia
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|