Главная » 2008»Aprel»27 » “ABU BEKR”de MÜSADİRE OLUNAN KİTABLAR EKSPERTİZAYA GÖNDERİLİB
17:25
“ABU BEKR”de MÜSADİRE OLUNAN KİTABLAR EKSPERTİZAYA GÖNDERİLİB
Dini Komitə məsciddə keçirilən əməliyyatla bağlı açıqlama verdi
“Əbu Bəkr” kimi tanınan “Cümə” məscidində aparılan yoxlama zamanı əksəriyyəti ərəb dilində olan bir neçə min dini ədəbiyyat aşkarlanıb. Bu barədə APA-ya Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri Ceyhun Məmmədov bildirib. Dövlət Komitəsinin rəsmisi Azərbaycanda fəaliyyət göstərən, dini ədəbiyyat satan mağaza və məscidlərə bu cür baxışların mütəmadi şəkildə keçirildiyini deyib. Onun sözlərinə görə, bu tədbirlərdən biri də Nərimanov rayonu ərazisində fəaliyyət göstərən və “Əbu Bəkr” adı ilə tanınan “Cümə” məscidində həyata keçirilib. C. Məmmədov məsciddə keçirilən tədbir zamanı dini ədəbiyyatlara baxıldığını, aşkarlanmış ədəbiyyat nümunələri və bir neçə diskin ekspertiza üçün götürüldüyünü deyib: “Ekspertizadan sonra bu barədə müvafiq qərar qəbul ediləcək”. Şöbə müdiri həmçinin məsələ ətrafında ajiotaj yaratmağın düzgün olmadığını bildirib: “Bu, davamlı keçirilən tədbirlərdən biridir. Tədbir nəticəsində həbs olunan və saxlanılan olmayıb. Sadəcə, orada olan bir neçə ədəbiyyat diqqətimizi çəkib”. “Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov isə APA-ya baş verənlərlə bağlı hər hansı açıqlama vermək istəmədiyini bildirib. APA