Главная » 2008 » Aprel » 30 » ERMENİSTANIN YENİ XARİCİ İŞLER NAZİRİ ŞUŞADA OLUB
18:40 ERMENİSTANIN YENİ XARİCİ İŞLER NAZİRİ ŞUŞADA OLUB |
Ermənistanın yeni təyin olunmuş xarici işlər naziri Edvard Nalbəndyan ötən şənbə Xankəndiyə gəlib. Erməni mənbələrinin məlumatlarına görə, Nalbəndyan separatçı rejimin rəhbərliyi ilə ümumi məsləhətləşmələr aparıb. O, qondarma “DQR”in “xarici işlər naziri” Georgi Petrosyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranmış vəziyyəti müzakirə edib. Qərara alınıb ki, gələcəkdə bu məsələ ilə bağlı məsləhətləşmələr və informasiya mübadiləsi intensiv xarakter alsın. Daha sonra erməni nazir işğal altındakı Şuşa şəhərinə baş çəkib. Siyasət şöbəsi
MUSAVAT.COM |
Категория: Dünyada |
Просмотров: 1360 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|