Şenbe, 21.12.2024, 19:49
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 40
    Qonaq: 40
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » May » 1 » ŞEYXİN FİKİRLeRİ NARAZILIQLA QARŞILANDI
    13:51
    ŞEYXİN FİKİRLeRİ NARAZILIQLA QARŞILANDI
     
    “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilə qarşı hakimiyyətin nəzarətində olan telekanallarda “qara piar” kampaniyasına başlayanda müstəqil mətbu orqan əməkdaşları Şeyxülislam Hacı Allahşükür Paşazadədən bu məsələyə münasibət bildirməyi xahiş etmişdilər. Şeyxin cavabı isə belə olmuşdu: “Məni bu işlərə və siyasətə qatmayın”. Iki gün öncə isə Hacı Allahşükür Paşazadə qarşıdan gələn prezident seçkisində dindarların ölkə başçısı Ilham Əliyevi dəstəkləyəcəyini bəyan edib. Dini idarə rəhbərinin iki ziddiyyətli mövqeyi onun fikirlərində dindar səmimliyinin olmamasını açıq şəkildə göstərir. Ümumuiyyətlə görünən odur ki, Şeyx bir çox məqamlarda dinin dövlətdən ayrı olduğunu bəhanə gətirərək məsələlərə münasibət bildirməkdən yayınır. Ancaq buna baxmayaraq demək olar ki, hər seçkidə onun rayonlara səfər edib dindarları bu iqtidara, hakim partiya olan YAP-a səs verməyə çağırdığının da şahidi oluruq. Şeyxin bu açıqlamasından sonra qarşıdan gələn prezident seçkilərində ənənənin təkrar ediləcəyi istisna olunmur. AXCP sədrinin müavini Nurəddin Məmmədli Şeyxin dövlət məmuru funksiyasını yerinə yetirdiyi qənaətindədir: “Əslində dinin dövlətdən ayrı olduğu hər kəsə bəllidir. Dinin əsas funksiyaları cəmiyyətdə həmrəylik, vətəndaşlar arasında qarşılıqlı etimad, eyni zamanda sülh missiyasının yerinə yetirilməsidir. Təəssüflər olsun ki, Azərbaycanda dini idarə o cümlədən onun başçısı birmənalı şəkildə dövlətin bir məmuru funksiyasını yerinə yetirir və bütövlükdə vəzifəsi, işi hakimiyyətin mövqeyində dayanmaq, onu müdafiə etməyə xidmət göstərir. Bir qayda olaraq ondan kömək istədikdə, onlardan öz missiyasını yerinə yetirmək xahişi və tələbi olduqda, siyasətə qarışmadığını ifadə edir. Əslində bununla bağlı yaxın dövrümüzün çox gözəl bir nümunəsi var. Əgər xatırlayırsınızsa, Gürcüstanda hakimiyyətlə müxalifət arasında çox gərgin bir qarşıdurma yarandığı dövrdə bu ölkənin dini lideri müxalifətin haqlı tələblərinin müdafiəçisinə çevrildi və ölkə prezidentindən, hakimiyyətdən müvafiq addımların atılmasını tələb etdi. Yəni, bu bir din xadiminin, Allaha etiqad göstərən imanlı adamın normal davranışı, münasibəti, başlıcası isə qarşısında duran missiyasının normal şəkildə, vətəndaş olaraq yerinə yetirilməsi mövqeyi idi". AXCP funksioneri Azərbaycanda heç bir zaman belə bir halın müşahidə olunmadığını da diqqətə çatdırdı: “Əksinə əksər məsələlərə yanaşmada ”məni siyasətə qatmayın" tezisi tez-tez səsləndirilir, beləliklə də xalqa, dövlətə faydalı addımların atılmasından imtina edilir. Ona görə də, mən belə hesab edirəm ki, bu normal yanaşma deyil. Telekanallarda Aqil Xəlilə qarşı aparılan “qara piar” birinci növbədə əxlaq, mənəviyyat, etiqad, dövlətçilik məsələsidir. Bu cür mövqe nümayiş etdirməsinə görə, təbii ki, dini idarə başçısını qınayıram". Müsavat başqanın müavini Mehman Cavadoğlu da din xadimlərinin bəzi məsələlərdə səmimi mövqe nümayiş etdirmədiyini düşünür: “Biz çox arzulayardıq ki, Azərbaycanda həqiqətən də din dövlətdən ayrı olsun. Din xadimləri siyasi fəaliyyətlə məşğul olmasın. Istəyərdik ki, din xadimləri, dini idarə mənəvi problemlərlə, xeyriyyəçiliklə məşğul olsunlar. Ancaq təəssüfləndirici haldır ki, nədənsə siyasi proseslərin qızğın vaxtında, Azərbaycan hakimiyyətinin xeyirinə adddımların atılması lazım olanda dinin siyasətdən ayrı olması məsələsi yaddan çıxır və unudulur. Din xadimləri tərəfindən hakimiyyətin xeyirinə olan birmənalı mövqe ortaya qoyulur. Millətin və xalqın problemlərinə isə biganə yanaşılır”.
    Azadlıq qəzeti
    www.islam-azeri.az
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1267 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Qadın və ailə
    Axtar
    Linklər