İslam.ru xəbər verir ki, Danimarka xristianları, 138 islam ilahiyətçilərinin və liderlərinin məktublarına cavab olaraq, onlara dialoqu davam etməyi təklif edib, müsəlmanları Danimarkaya dəvət etdilər. Cavab məktubunu, ölkənin 16 xristian kilsəsinin və icmasının nümayəndələri imzaladılar.
Danimarkanın Milli Şurasının baş katibi Mads Kristoffersen, islam ilahiyyatçılarının yazdıqlarına yüksək qiymət vermiş və bu sənədi "ciddi, cəsarətli və Xristianlıqla əməkdaşlıq baxımından çox səmimi" adlandırmışdı. Onun sözlərinə görə, başlanmış yazışma özlüyündə "bu iki, daha çox yayılmış din aləminin davamçıları arasındakı həqiqi dialoqun mühüm addımı" sayılır.
«Onu da qeyd edək ki, dinlər və mədəniyyətlər arası ünsiyyət, zorakılığı və karikatur davası kimi konfliktləri aradan qaldırmağa səbəb olan daha effektiv vasitələrdən biri sayılır» - deyən Kristoffersen, qarşılıqlı hörmətin vacibliyini vurğuladı. Bu baxımdan, dialoqun davam etdirilməsinin nişanəsi kimi, məktuba cavab olaraq, Danimarka xristianları müsəlmanlara Həzrət İsaya (ə) hörmətlə yanaşdıqları üçün təşəkkür etdilər.
Danimarka xristianları İslam dünyasını təkcə ilahiyyat deyil, etik sahələrdə də dialoqa çağırdılar.
Açıq məktub 2007-ci ilin payızında müxtəlif ölkələrin 138 tanınmış islam ilahiyyatçiləri tərəfindən, 28 xristian ruhani liderlərinə, eyni zamanda Moskva və bütün Rusiya Patriarxı Rusi Aleksey 2-yə göndərilmişdir. Sənəddə müsəlman din alimləri xristianlıqla İslam arasındakı dialoqu aktivləşdirməyə dəvət edirdilər. Rus Provoslov Kilsəsinin rəhbəri öz növbəsində bu məktuba cavab vermişdir.
MƏSUMƏ RZAQIZI
|