Şenbe, 21.12.2024, 19:52
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 51
    Qonaq: 51
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » May » 7 » NAXÇIVANDA BİR KİSe UN 40 MANATA SATILIR
    16:02
    NAXÇIVANDA BİR KİSe UN 40 MANATA SATILIR
    Muxtar respublikada əsgərləri qul kimi işlədirlər



    Ölkəni ağzına alan bahalıq və un qıtlığı Naxçıvan Muxtar Respublikasından da yan keçməyib. Hətta daha pisi odur ki, Azərbaycanın digər bölgələri ilə müqayisədə Naxçıvanda vəziyyət çox acınacaqlıdır.Əvvəllər qonşu Türkiyədən un və digər ərzaq malları gətirən naxçıvanlılar indi bundan da məhrum olublar. Söhbət ondan gedir ki, dünyadakı ərzaq və taxıl böhranı qardaş Türkiyədən də yan keçməyib. Ona görə bu ölkədən un və un məmulatlarının çıxarılmasına müvəqqəti məhdudiyyətlər qoyulub. Bunun da nəticəsində Naxçıvanda unun qiyməti durmadan artır.

    Dünən bölgədəki mənbəmizin verdiyi xəbərə görə, hazırda Naxçıvan şəhərində unun bir kisəsinin qiyməti 40 manata çatıb. “Amma bu o demək deyil ki, un hər yerdə satılır. Naxçıvanda unu bircə yerdə - Vasif Talıbovun qardaşı Məhərrəm Talıbova məxsus dükanlarda tapmaq mümkündür. Bir neçə gün əvvəl istifadəyə verilmiş bazardakı dükanlardan başqa Naxçıvanda un tapmaq mümkün deyil. Üç gün əvvəl burada unun bir kisəsini 35-36 manata almaq mümkün idi. İndi artıq 40 manat civarındadır”- deyə mənbə bildirir.

    Naxçıvandan gələn başqa bir xəbər isə muxtar respublikanın Şərur rayonu ilə bağlıdır. Xəbərə görə, Şərur Rayon Sosial Müdafiə Fondunun sədri Çingiz Məmmədov keçən şənbə günü həbs edilib. Ç.Məmmədovun həbsindən bir neçə saat sonra isə onun işçisi, inspektor vəzifəsində çalışan Fariz adlı şəxs də saxlanılıb. Hər iki şəxsin həbsinin səbəbi bəlli deyil. Ümumiyyətlə, onların niyə və harada saxlanıldığı barədə də yaxınlarına heç bir məlumat verilmir.

    Ötən saylarımızın birində Naxçıvan korpusunun komandiri Kərəm Mustafayevin qardaşı Nemət Mustafayevin rəhbərliyi altında dəmiryolu relslərinin sökülüb İranın Urmiya şəhərində yaşayan Yusif adlı şəxsə satıldığı barədə xəbər vermişdik. Dünən aldığımız xəbərə görə, Yusif milliyyətcə kürddür və Naxçıvanda inşaatla məşğul olan və PKK simpatizanı kimi tanınan “Emil-inşaat” şirkətinin prezidenti Emil Uçarla sıcaq əlaqəsi var. Elə Yusiflə əlaqə qurmağı da Nemət Mustafayevə Emil Uçar məsləhət görüb. Mənbənin verdiyi xəbərə görə, Nemət Mustafayev metal biznesinə o qədər həvəslə girişib ki, hətta özünə xüsusi baza da düzəldib.

    “Naxçıvan şəhərinə bitişik Sovetabad (?-red.) kəndində xüsusi təyinatlı qüvvələr üçün nəzərdə tutulmuş təlim mərkəzi var idi. Həmin mərkəz başqa yerə köçürüləndən sonra Nemət Mustafayev əraziyə sahib durdu. Bölgədə hansı yerdə ki, beton tikililər sökülür, onların hamısı bu əraziyə daşınır. Özü hərbi hissə komandiri olan Nemət əsgərlərə plan qoyub. Hər əsgər beton plitələri yarıb günə 20 metr armatur təhvil verməlidir. Əks halda, həm əsgərlər, həm də zabitlər təzyiq və təhqirlərə məruz qalırlar”- deyə qaynağımız bildirir.

    Mənbənin dediyinə görə, Nemət Mustafayev Şərurdan Naxçıvana gələn su kəmərini də sökdürməyə başlayıb. Sökülən borular da İrana çatdırılır.
    Bir qədər əvvəl isə Nemət Mustafayev komandiri olduğu hərbi hissənin mühəndis-texniki alayının komandiri Kamandar Cuvarovun axırına çıxıb. Söhbət ondan gedir ki, Cuvarov Mustafayevə görə 20 min dollar borca düşüb. Sonra isə borcu qaytarmadığına görə psixi sarsıntı keçirib və müalicəyə ehtiyacı olub. Mustafayev isə məsələni ört-basdır etmək üçün Cuvarovun ordudan tərxis edilməsinə nail olub.
    Bir qədər əvvəl Babək rayonunun Şıxmahmud kəndində məktəb binasının söküntüsünə rəhbərlik edən gizir Füzuli Ağayev isə həlak olub. Mənbənin dediyinə görə, gizir Ağayev adıçəkilən köhnə məktəbin binasını sökərkən beton plitələr altında qalıb. Maraqlısı odur ki, Ağayevi bu işə təhrik edən onun hərbi hissə komandiri Nemət Mustafayev məsuliyyətdən boyun qaçırıb.
    Ervin MİRZƏ /yeni musavat/
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1254 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər