Şenbe, 21.12.2024, 20:13
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 47
    Qonaq: 47
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » May » 10 » BRİTANİYALI YAHUDİLeR İSRAİLİN eLEHİNe ÇIXIŞ EDİB
    13:57
    BRİTANİYALI YAHUDİLeR İSRAİLİN eLEHİNe ÇIXIŞ EDİB
     
    İslam.news xəbər verir ki, aralarında akademiklər, yazıçılar, artistlər və başqa ictimai xadimlər olan 100 nəfər britaniyalı yəhudilərdən ibarət qrup, İsrailin əleyhinə çıxış etmişlər.

        «Biz «İsrail dövləti»nin yaranma gününü bayram etməyəcəyik», - açıq məktubda belə deyilir. Bu məktubu imzalayanlar arasında İsraili akademik boykot etməyə çağıran İst-London universitetinin professoru Xaim Breşit, dramaturq Qarold Pinter, general Daron Almoqaya qarşı məhkəmə prosesini aparan Daniel Makxover və başqaları da vardı.


        «Bir dövlət ki, terrorizm, qətl və başqa xalqı öz torpaqlarından qovmaq kimi cinayətlər üzərində qurula, biz onun üçün bayram edə bilmərik», - deyə məktubun müəllifləri bildirmişlər, - «Bir dövlətin ki, hətta indinin özündə belə etnik təmizliklə məşğul olaraq, Qəzza bölgəsinin dinc əhalisinin dəhşətli repressiyasını təşkil edir, yaranma gününü bayram edə bilmərik. Biz ancaq o vaxt qeyd edəcəyik ki, əmin-amanlıqlı Yaxın Şərqdə ərəblər və yəhudilər bərabər yaşayacaqlar».

        «1948-ci ilin iyulunda, Liddedə və Rimalda yaşayan 70 min fələstinli yayın qızmar günlərində susuz və ərzaqsız öz evlərindən qovulmuşdular. O vaxt yüzlərlə insan ölmüşdü. Bu hadisələr Ölüm Marşı kimi məşhurdur. Biz bunu bayram etməyəcəyik»,- deyə müraciətin müəllifləri vurğulayırlar.

        «750 minə qədər fələstinli öz yurdlarında qaçqın olmuşdur. Təxminən 400 kənd yer üzündən silinmişdir. Ancaq etnik təmizlənmə bununla qurtarmamışdı. 1956-cı ildə minlərlə fələstinli Qalileydən sürğün olunmuşdular. Və bundan başqa, Qərb sahillni və Qəzza sektorunu ələ keçirəndən sonra minlərlə fələstinli öz yerlərindən qovulmuşdular. Beynəlxalq haqlara və BMT-nin 194 nömrəli qətnaməsinə əsasən, hərbi qaçqınlar geri qaytarılma və ya kompensasiya almaq hüququna malikdirlər. İsrail dövləti heç vaxt bu haqları qəbul etməmişdir. Biz də bayram etməyəcəyik» - məktubda daha sonra bildirilir.

        Professor Xaim Breşit bildirmişdi ki, bu məktub əsla antisemit xarakter daşımır. «Mən başa düşmürəm ki, niyə imzalayanları antisemitizmdə və terroru himayə etməkdə günahlandırırlar. O kəslər ki, bu məktubun altında imza atmışlar, dinc əhaliyə ziyan verilməsinin və hər iki tərəfdən mənasız qurbanların verilməsinin düşmənləridir»,- deyə o, vurğulayır.

        «Biz istəyirik ki, yəhudilər və fələstinlilər yan-yana sülh içində, göydə süzən raketlərsiz və hərbi təyyarələrsiz yaşasınlar»,- deyə professor söyləyir.

        ƏZİZ AĞAYEV
     
    Категория: Dünyada | Просмотров: 1251 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 1
    11.05.2008
    1. Asiye (Asiye) [Material]
    Heqiqeti kimin demeyinden asili olmayaraq ona hormetim var:D

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər