Cüme, 26.04.2024, 02:09
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » May » 15 » Moskvada Qafqaz Albaniyası mövzusunda konfrans Tarix İnstitutunda keskin etiraza sebeb olub
    09:35
    Moskvada Qafqaz Albaniyası mövzusunda konfrans Tarix İnstitutunda keskin etiraza sebeb olub
    İnstitutun direktoru Yaqub Mahmudov bildirib ki, Azərbaycan tarixçiləri konfransın bütün materiallarını ətraflı təhlil etdikdən sonra Rusiya hökumətinə etiraz bəyanatı göndəriləcək

    Moskvada keçirilən «Qafqaz Albaniyası və ləzgi xalqı mədəni-tarixi varislik və müasirlik» mövzusunda konfrans öz işinə başlayıb. İki gün keçiriləcək konfransın məqsədi Qafqaz Albaniyasının tarixini araşdırmaqdır. Tədbir barədə materiallarda konfransın Rusiya prezidenti yanında dövlət xidməti akademiyası və federal ləzgi milli-mədəni muxtariyyətinin təşkilatçılığı ilə keçirildiyi bildirilsə də, akademiyadan ANS TV-yə onların bu tədbirə heç bir aidiyyatının olmadığını bildiriblər.

    Bakıda isə hesab edirlər ki, bu konfrans keçən il sentyabrın 5-də İrəvanda keçirilən toplantının davamıdır. Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun sözlərinə görə, Azərbaycandan bu tədbirə heç kim dəvət almayıb. Tarixçi alim bu konfransın keçirilməsinin Azərbaycan Tarix İnstitutunda kəskin etiraza səbəb olduğunu bildirib: «O konfransın Rusiya prezidenti yanında Dövlətçilik Akademiyasında keçirilməsi Rusiya-Azərbaycan münasibətlərini sarsıtmaq məqsədi güdür. Dostluq münasibətlərinə uyğun olmayan bir addımdır. Mən tarixçi kimi buna etirazımı bildirirəm və Tarix İnstitutunda bu, kəskin etiraza səbəb olub».

    Yaqub Mahmudovun sözlərinə görə, bu tip tədbirlərin keçirilməsi son nəticədə Rusiyanın özünün maraqlarına, bu dövlətin ərazi bütövlüyünə ziyan dəyməsinə gətirib çıxara bilər. Belə ki, Rusiyada yaşayan Qafqaz Albaniyasının məxsus olduğu iddia edilən xalqlar da Rusiyanın tərkibindən çıxaraq öz müstəqilliyini elan edə bilərlər.

    «Həmin ermənipərəst qüvvələr unutmamalıdır ki, Rusiya federativ dövlətdir. Əgər Azərbaycanın daxilində etnoslar axtarırlarsa, onda Rusiyanın tərkibindəki tatarlar, başqırdlar Xabarovska qədər müxtəlif türk xalqlarının ərazisi Rusiya tərəfindən işğal edilib və indi Rusiyanın tərkibinə daxildir», -deyə Y.Mahmudov qeyd edib. O bildirib ki, Azərbaycan tarixçiləri konfransın bütün materiallarını ətraflı təhlil etdikdən sonra Rusiya hökumətinə etiraz bəyanatı göndərəcəklər. /ANS TV/


    Категория: Müsahibe | Просмотров: 1217 | Добавил: al-shia | Рейтинг: 5.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər