Главная » 2008 » May » 15 » Metroda gediş haqqının 50 qepiye qaldırılması teklif edilir
10:58 Metroda gediş haqqının 50 qepiye qaldırılması teklif edilir |
Bu barədə Bakı metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib
2008-ci il ərzində metrolarda gediş haqqlarında qiymət artımı nəzərdə tutulmayıb. Bu barədə Bakı metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib. Onun sözlərinə görə, lakin hər il olduğu kimi bu il də Tarif Şurasına yeni təkliflər verilib.
T.Əhmədov qeyd edib ki, hazırda adambaşına gediş haqqı 5 qəpikdirsə, 2009-cu ildə gediş haqları bir neçə dəfə qalxa bilər: «Mən hər rübdə Tarif Şurasına dürüstləşmə verirəm. Hazırda iki qiymət təklif olunur- hazırki subsidiyanın verilən qiyməti və ehtimal olunan qiymət. Bu qiymətlər 32 qəpik və 50 qəpikdir. Tarif Şurasında hansı qiymət qəbul olunsa, o zaman həmin qiymət olacaq».
Tağı Əhmədovun sözlərinə görə, bütün dünyada yeraltı nəqliyyatın qiyməti yerüstü nəqliyyatdan bahadır. Yeganə dövlət Azərbaycandır ki, burada metroda gediş haqqı hər hansı yerüstü nəqliyyatın qiymətindən 2 dəfə azdır.
Tarif Şurasından verilən məlumata görə, 2008-ci ildə qiymət artımı ilə bağlı idarəyə heç bir rəsmi məlumat daxil olmayıb: «Nə zaman Ki, Bakı metropoliteni tərəfindən yeni təkliflər irəli sürüləcək, o zaman Tarif Şurası tərəfindən müzakirə edilərək qərar qəbul ediləcək».
Qeyd edək ki, 2007-ci ildə Bakı metropoliteni tərəfindən müvafiq təkliflər irəli sürülmüşdü. Tarif Şurası isə qiymət artımını münasib bilmədiyindən qiymətləri olduğu kimi saxlayıb. /ANS TV/
|
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 1283 |
Добавил: al-shia
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|