Главная » 2008 » May » 18 » Çinin Sıçuan eyaletinde baş vermiş zelzeleden helak olanların sayı 32 477 mini ötüb
14:59 Çinin Sıçuan eyaletinde baş vermiş zelzeleden helak olanların sayı 32 477 mini ötüb |
Məlumatı Sinxua agentliyi yayıb
Çinin Sıçuan əyalətində baş vermiş zəlzələdən həlak olanların sayı 32 477 mini ötüb. Məlumatı Sinxua agentliyi yayıb. Siçuan əyalətinin administrativ paytaxtı Çenqdu şəhərinə xarici ölkələrdən göndərilən yardımların həcmi durmadan artır. Qeyd edək ki, yardımların böyük hissəsinin yeraltı təkanlardan daha çox əziyyət çəkən Veyxuan vilayətinə göndəriləcəyi gözlənilir. Artıq Çin prezidenti Hu Cintao yardımlara görə beynəlxalq ictimaiyyətə öz minnətdarlığını bildirib. Çində yeraltı təkanlardan əziyyət çəkən insanlara yardım edən xilasetmə xidməti əməkdaşlarının sayı isə 150 minə çatıb.
Xatırladaq ki, Çinin Siçuan əyalətində baş vermiş zəlzələnin gücü rixter cədvəli ilə 7.8 bal olub. Zəlzələdən sonra ərazidə 6,0 və 5,4 bal gücündə titrəyişlərin olması isə vəziyyəti çətinləşdirib. Yeraltı təkanlar ölkədə ekoloji vəziyyəti də gərginləşdirib. Sıçuan əyalətində yerləşən 2 kimyəvi zavod dağılıb. Havaya yayılan 80 tona qədər ammiak həmin ərazilərdə problemlər yaradıb. Qeyd edək ki, Çində böyük kimya zavodları yaşayış məntəqələrinin yaxınlığında yerləşir./ANSPRESS/
|
Категория: Dünyada |
Просмотров: 1269 |
Добавил: al-shia
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|