Главная » 2008 » İyun » 1 » Ermenistanın üç naziri istefa verib
16:08 Ermenistanın üç naziri istefa verib |
Ermənistanda “Daşnaksutyun” partiyasından olan üç nazir - təhsil naziri Levon Mkrtçyan, əmək və əhalinin sosial müdafiəsi naziri Aqvan Vardanyan və kənd təsərrüfatı naziri David Lokyan baş nazir Tiqran Sarkisyana istefaları barədə ərizələrini təqdim ediblər. Bu barədə Ermənistanın “Panorama” agentliyi Ermənistan hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Meri Arutyunyana istinadən məlumat yayıb. Ermənistan qanunvericiliyinə görə, ölkənin baş naziri nazirlərin istefa ərizələrini ölkənin prezidentinə təqdim etməlidir. Prezident isə müvafiq əmrlə onları vəzifələrindən azad etməlidir. Qeyd edək ki, istefa barədə qərar “Daşnaksutyun” partiyasının ümumi yığıncağında qəbul olunub və istefa nazirlərin üçünün də “Daşnaksutyun” erməni inqilabı federasiyasının bürosunun tərkibinə daxil edilməsi ilə bağlıdır. Büronun təmsilçisi isə bildirib ki, partiya hər üç nazir vəzifəsini əlində saxlayır. Amma yeni nazirlərin kimlər olacağı bilinmir. |
Категория: Dünyada |
Просмотров: 1366 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|