Bazar ertesi, 23.12.2024, 03:23
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyun » 3 » «Azerbaycanın qarşısında duran esas mesele neft gelirlerinin insan kapitalına çevrilmesidir»
    13:11
    «Azerbaycanın qarşısında duran esas mesele neft gelirlerinin insan kapitalına çevrilmesidir»

     

     

    «Azərbaycanın qarşısında duran əsas məsələ neft gəlirlərinin insan kapitalına çevrilməsidir»
    Bu sözləri bu gün Bakıda 15-ci beynəlxalq «Xəzər neft-qaz, neftayırma, neft-kimya sərgi-konfransı»nın açılışında iştirak edən prezident İlham Əliyev deyib

     

    Bu gün Bakıda 15-ci beynəlxalq «Xəzər neft-qaz, neftayırma, neft-kimya sərgi-konfransı» öz işinə başlayıb. Tədbirin açılışında prezident İlham Əliyev də iştirak edib. Konfransın açılışında çıxış edən dövlət başçısı bəyan edib ki, Azərbaycanın qarşısında duran əsas məsələ neft gəlirlərinin insan kapitalına çevrilməsidir. «Heydər Əliyevin neft strategiyası öz nəticəsini verib, bizim böyük gəlir gətirən inkişaf etmiş neft sektorumuz var». Ölkə başçısı qeyd edib ki, indi əsas məsələ pul gəlirlərinin insan kapitalına çevrilməsi, qeyri-neft sektorunun inkişafına nail olunması, sosial məsələlərin həlli və ölkənin inkişaf etmiş dövlətə çevrilməsidir.

    Qeyd edək ki, sərgidə neft-qaz, neft-kimya maşınqayırması sənayesi, neftin nəqli və emalı sahələrində ən son nailiyyətlər və texnologiyalar təqdim olunur. Tədbirdə dünyanın 33 ölkəsinin 380-dən artıq şirkəti iştirak edir. Bu ilki sərgidə keçən ilə nisbətən ekspozisiyaların sayı 12, yeni iştirakçıların sayı isə 21 faiz artıb. Bundan başqa, builki sərgidə iştirak edən yerli şirkətlərin sayı 30 faiz artıb. Sərgi iştirakçılarının 40 faizi MDB, digər hissəsi isə Avropa dövlətlərini təmsil edir. Sərgi-konfransın açılışında 20-dən artıq ölkədən 500-ə qədər yüksək səviyyəli qonaq iştirak edib. Onların arasında Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi, Amerika dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Metyu Brayza, Dövlət Departamentinin Avropa və Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi Stiven Mənn, Böyük Britaniyanın ticarət və investisiya naziri Lord Diqbi Cons, Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyinin katibinin müavini və digər dövlətlərin rəsmiləri daxildir.

    Xatırladaq ki, «Xəzər neft, qaz , neftayırma və neft kimyası» sərgisi Bakıda 1994-cü ildən keçirilməyə başlayıb. Bu illər ərzində sərgidə dünyanın 70-dən artıq ölkəsindən 5000-dən artıq şirkət iştirak edib./ANS TV/

    ww.media-islam.com SAYTINA istinad vacibdir

    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1516 | Добавил: feride_demir | Рейтинг: 2.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    Linklər