İtalya'nın milli parklarından birində başının tam ortasında tək buynuzu olan cüyür görüldü.
Floransa yaxınlarındakı Prato şəhərindəki parkın səlahiyyətlilərindən Gilberto Tozzi, Associated Pressə etdiyi şərhdə, "Bu reallaşan bir xəyal. Tək buynuzlu at, hər vaxt mifoloji bir heyvan olmuşdur" deyə danışdı.
Tozzi, 1 yaşındakı "Unicorn" adı verilən 1 yaşındakı cüyürün, parkın araşdırma mərkəzində dünyaya gəldiyini ifadə edən Tozzi, cüyürün ehtimalla genetik bir səhv üzündən tək buynuzlu olduğunun sanıldığını, çünki qardaşının iki buynuzu olduğunu söylədi.
Ekspertlər, tək buynuzlu cüyürün nadir olduğunu, ancaq daha əvvəl eşidildiyini ifadə edərək, burada diqqət çəkən nöqtənin buynuzun heyvanın başının tam ortasında çıxması olduğunu ifadə edir.
Roma zoopark müdiri Fulvio Fraticelli, daha əvvəl eşidilən hadisələrdə buynuzun ümumiyyətlə başın ortasından çox yanından çıxdığını ifadə edərək, indikinin kompleks bir vəziyyət kimi göründüyünü yazdı.