Şenbe, 27.04.2024, 02:33
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyun » 18 » Özbekistandan piyada Hecc ziyaretine geden Hacı Abdu Settar Azerbaycana çatıb
    22:23
    Özbekistandan piyada Hecc ziyaretine geden Hacı Abdu Settar Azerbaycana çatıb
     
    Artıq üçüncü dəfədir ki, Məkkəni ziyarət edəcək Hacı Əbdu məqsədinin ərəb dilini öyrənmək və Quranı bu dildə oxumağı bacarmaq olduğunu deyib

    Hər il ölkməizdən keçən xeyli zəvvar müqəddəs torpaqlara üz tutur. Bu zəvvarların bir çoxu müqəddəs səyahətə piyada başlayır. Onlar Azərbaycanın cənub regionlarindan İrana keçərək yollarına davam edirlər.

    Müqəddəs torpaqları görmək həsrəti ilə ölkəsindən yola düşən Hacı Əbdu Səttar artıq ölkəmizdədir. 61 yaşlı bu zəvvar aprelin 12-də Özbəkistanın Daşkənd vilayətindən yola düşüb. Artıq 3-cü dəfədir ki, Məkkəni ziyarət edəcək Hacı Əbdu Səttar ölkəmizə Qazaxıstandan gəmi vasitəsilə gəlib. Hacı, Məkkəni ziyarət etməyin hər bir müsəlmanın borcu olduğunu deyərək ziyarətin məqsədini belə açıqlayıb: "Bu gedişdə məqsədim ərəb dilini öyrənmək və Quranı bu dildə oxumağı bacarmaqdır. Daha sonra övdladlarıma da öyrədəcəyəm. Onlar bilməlidirlər ki, Allah insanlara necə kömək edir. Elə mənə də kömək etdi. Bəli, bu yolda Allah mənə çox kömək etdi”.
    Haci bildirir ki, Allah qismət etsə, buradan İrana, daha sonra Türkiyəyə, Türkiyədən Suriyaya, oradan isə Səudiyyə Ərəbistanı sərhədlərinə yaxınlaşacaq. Qeyd edək ki, bu il Həcc ziyarəti mövsümü dekabr ayında başlayacaq. Hacı Səttar da bu müddətə kimi Məkkyə çatacağına ümid edir. Hacı Əbdu Səttar Azərbaycan xalqının çox qonaqpərvər olduğunu da vurğulayıb:"Başqa ölkələrdən fərqli olaraq Azərbaycanda olduğum müddət ərzində bir dəfə belə olsun mehmanxanada gecələməmişəm. Çünkü məni görənlər evlərinə qonaq apararaq, onlarda gecələməyimi xahiş edirlər”./ANS TV/

    Категория: Dünyada | Просмотров: 1213 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    Linklər