Cüme, 29.03.2024, 13:14
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyun » 20 » PAKİSTANLI TeLeBe ABŞ MÜKAFATINI ReDD EDİB
    19:32
    PAKİSTANLI TeLeBe ABŞ MÜKAFATINI ReDD EDİB
     
     
     
     
    PAKİSTANLI TƏLƏBƏ ABŞ MÜKAFATINI RƏDD EDİB

    Harvard Universitetində oxuyan pakistanlı tələbə ABŞ səfiri tərəfindən verilən Harvard təqaüd mükafatını ABŞ hücumlarına etiraz olaraq rədd edib

    "Birlik-Azərbaycan" İnformasiya Agentliyinin "Dünya Bülleteni" saytına istinadən verdiyi xəbərə görə, ABŞ qüvvələrinin tayfa bölgələrinə hücumlarına etiraz edən pakistanlı tələbə Səməd Hürrəm, İslamabadda ABŞ səfirinin ona vermək istədiyi və dünyada bir çox tələbənin arzuladığı akademik mükafatı rədd edib. Pakistanlı tələbənin bu hərəkəti isə dünya ictimaiyyəti başda olmaqla ABŞ Səfiri Ana W. Pattersonanı da çaş-baş qoyub. Tələbə özü isə qərarı ilə bağlı bu sözləri deyib: "Həm tayfa bölgələrinə ABŞ hücumuna etiraz olaraq, həm də Amerikanın Perviz Müşərrəfin qeyri-qanuni hərəkətlərini dəstəklədiyi üçün bu mükafatı qəbul etməyi rədd edirəm".

    Pakistanlı tələbə Səməd Hürrəm, "Root College International" qurumunun 18 İyun çərşənbə günü təşkil etdiyi mərasimdə özünə səfir Patterson tərəfindən təqdim edilən Harvard universiteti təqaüd mükafatını rədd etməsiylə salona yığışan insanları heyran edib. Səməd Hürrəmin mükafatı rədd etdiyi ilə bağlı sözləri eşitdikdən sonra səfir Patterson is' bir an nə edəcəyini bilməyib. Tələbənin bu addmı isə salonda olanların alqışlarına səbəb olub. Baş verən hadisədən pərt olan səfir Patterson isə salondakılara "ABŞ hökuməti bu hadisədən hüzn keçirdir. Hadisə haqqında ortaq bir araşdırma aparılması üçün öz hökümətimizə təkliflər verəcəm" deyib.

    Jurnalistlərə müsahibə verən Hürrəm, "Mən etirazmı etdim. Amerika xalqına hökumətlərinin yalnız bir diktatoru dəstəkləmədiyini eyni zamanda döyüşlə əlaqəsi olmayan məsum insanları da öldürdüyünü söyləmək istədim. Pakistandakı müstəqil mühakimə kampaniyasının bir parçası olmaq istədim." deyib.


    WwW.Birlik-Az.CoM
    Просмотров: 1241 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    Linklər