Norveçin cənub-şərqində bir təpənin üzərində toplanaraq avtomobil yarışı seyr edənlərin olduğu təpəyə üst üstə iki ildırım düşüb.
İslam-Azerinin istinadlı xəbərinə görə, Polis açıqlamasında, tamaşaçıların yarışan avtomobilləri daha rahat görə bilmək məqsədiylə toplandıqları bir təpənin üzərinə 2 dəfə ildırım düşdüyü, təxminən yüzə qədər tamaşaçının yaralandığı ifadə olunub.
Yaralıların müxtəlif xəstəxanalara aparıldığı və ağır yaralı olmadığı ifadə olunan açıqlamada, hadisə yerində xaos mühitinin hələ davam etdiyi qeyd edilib.
Mətbuat orqanları da, minə qədər tamaşaçının izlədiyi güman edilən avtomobil yarışının ləğv edildiyini bildirib.