Главная » 2008 » Sentyabr » 2 » İSRAİL YENƏ İSLAM DİNİNİ TƏHQİR ETMƏYƏ HAZIRLAŞIR
17:49 İSRAİL YENƏ İSLAM DİNİNİ TƏHQİR ETMƏYƏ HAZIRLAŞIR |
İsrail tərəfi müsəlmanları yenə təxribata çəkmək istəyir.
İslam-Azeri-nin İsrail KİV-lərinə istinadlı xəbərinə görə İsrail parlamenti olan Knessetin deputatı "İhud Leumi Mafdal" adlı partiyasının üzvü Arye Eldad sabah "Fitnə" adlı İslam dini və müsəlmanları təhqir edən filmi mətbuat konfransında yayımlamaq niyyətindədir.
Bu konfrans İsrail tərəfindən işğal edilmiş Qüds şəhərində həyata keçiilmək ərəfəsindədir.
İsrailli deputat insanların İslama tərəf yönəlməsinin qarşısını almaq üçün belə fitnələrə əl atmaq istəyir.
İsrailin ərəb əsilli deputatları onu İslamafobiyada ittiham edərək bu fikirlərini sərt tənqid ediblər.
Bu konfransın baş tutacağı təqdirdə Qüdsdə qarışıqlıq yaranması və qarşıdurmaların baş verməsi istisna edilmir.
Burada bir mətləbi diqqətə çatdıraq ki, Hollandiyalı Vildersin bu filmi çəkdirməsi də İsrailin sifarişinə bağlı olması artıq heç kəsə şübhə yaratmır.
İslam-Azeri.az |
Категория: Dünyada |
Просмотров: 1230 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|